Azər Kərimlinin seçicilərlə görüşləri davam edir - FOTO
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. O növbəti dəfə Zaqatalanın Uzuntala kəndinin sakinləri ilə görüşüb.
Deputatlığa namizəd öncə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman övladların məzarlarını ziyarət edib. Daha sonra Azər Kərimli kənd sakinləri ilə bir araya gələrək, giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azər Kərimli seçicilərlə görüşdə ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb