Ceyhun Məmmədov Yasamalda seçicilərlə görüşdü -
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Yasamal rayonu, Əsəd Əhmədov küçəsində məskunlaşan seçicilərlə görüşü keçirilib.
Deputatlığa namizəd Ceyhun Məmmədov ölkə başçısı tərəfindən daima nəzərdə saxlanılan qayıdış prosesi, işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri, qaçqın və məcburi köçkünlərin uzun illərdən sonra vətən həsrətinə son qoyulması, seçici iştirakçılığı və s. haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.
Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.