Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü - FOTO
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyevlə birlikdə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində şəhid ailələri, qazilər, rayon ziyalıları və Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri ilə növbəti görüşümüzü keçirdik.
Görüşdə Vətən Müharibəsində canlarını torpaqlarımızın azadlığı uğrunda fəda etmiş qəhrəman şəhidlərimiz, onların keçdikləri şərəfli yol, rayonumuzun uzun illər qoruyub saxladığı milli-mənəvi dəyərlər, gənc nəslin yetişməsində ağsaqqalların, onların tərbiyəvi müzakirələrinin vacibliyindən və s. haqqında danışdıq. Qeyd etdik ki, qələbəmizin əsasını təşkil edən milli həmrəyliyimiz öz gücünü əxlaqlı, sağlam ailə insitutumuzdan alır.Yap.orga-aıstınadin