Seçkini 110 min yerli müşahidəçi izləyəcək
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.
Gununxeberi.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.