Dövlət Məşğulluq Agentliyinin sədri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub

Image


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) olub.

S.Əliyev “Çovdar” qızıl mədənində hasilat, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarə olunması prosesini izləyib, ənənəvi Topa qələviləşdirmə (HLP – Heap leach pad) üsulu ilə yanaşı, Çəndə qələviləşdirmə (CIL – Carbon in leach) texnologiyası ilə qiymətli metalların emalını həyata keçirən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış əmək şəraiti ilə tanış olub.

Məlumat verilib ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerləri yaradaraq, məşğulluğun artırılmasına, vətəndaşların tam təhlükəsiz, əlverişli əmək şəraiti ilə təmin edilməsinə davamlı töhfələrini verir. Hazırda Səhmdar Cəmiyyət və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin ümumi işçi sayının 1000 nəfərə yaxın olduğu, uzunmüddətli podratçı şirkətlərlə bərabər yaradılmış iş yerləri sayının isə 2400-ə çatdığı qeyd olunub. Cari il ərzində Daşkəsən rayonu üzrə 44 nəfər Agentliyin göndərişi əsasında “AzerGold” QSC və onun podratçı şirkətlərində işlə təmin edilib. 

İşə qəbul prosesində yerli sakinlərə, xüsusilə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına üstünlük verildiyi, onların bilik və bacarıqlarına uyğun olaraq, elektron qaydada, tam şəffaf, ədalətli şəkildə əmək fəaliyyətinə cəlb edildikləri diqqətə çatdırılıb. Bundan başqa, QSC-nin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə birgə layihə icra edildiyi, ucqar kəndlərdə yaşayan qadınlarla maarifləndirici görüşlərin təşkil edildiyi, onların özünüməşğulluq proqramları və digər əmək fəaliyyətlərinə yönəldildikləri qeyd olunub. Layihənin müsbət nəticələri fonunda bu istiqamətdə birgə əməkdaşlığın davam etdirildiyi bildirilib. Eyni zamanda, “AzerGold” QSC-nin inkişaf strategiyasına uyğun olaraq, layihələrin icrası dövründə yüzlərlə yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına böyük töhfələrin verilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Tanışlıq səfərindən məmnunluğunu ifadə edən DMA-nın İdarə Heyətinin sədri S.Əliyev “AzerGold” QSC tərəfindən dağ-mədən sahəsində həyata keçirilən uğurlu fəaliyyətin qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatının inkişafı, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisi, əhalinin məşğulluğunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30