Rizvan Nəbiyev: “Vətən Müharibəsinin yaratdığı geosiyasi reallıqlar parlament diplomatiyasının aktlivliyini şərtləndirir” - FOTOLAR

Image

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rizvan Nəbiyev Modern.az-a müsahibə verib.

 

Onunla söhbəti təqdim edirik:

 

- Rizvan bəy, siz beynəlxalq münasibətlər və Avropa hüququ sahələri üzrə təhsil almısınız, Almaniyada siyasi elmlər üzrə doktorluq elmi dərəcəsi almısınız. 20 ildən artıqdır diplomatiya sahəsində fəaliyyət göstərirsiniz. Diplomatik və elmi fəaliyyətinizi qısaca necə xarakterizə edərdiniz?

 

 - 20 ildən artıqdır ki, diplomatik xidmət orqanlarında fəaliyyət göstərirəm. Paralel olaraq elmi-pedoqoji fəaliyyətimi də davam etdirməyə çalışıram. Elmi fəaliyyətimə əsasən beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Azərbaycan tarixi, xüsusilə Qarabağın tarixi, Xəzər hövzəsində enerji məsələləri, geosiyasət və s. mövzuların araşdırılması daxildir. Azərbaycanın Almaniyadakı səfirliyində çalışdığım dövrdə Berlin Azad Universitetinin Otto Zuhr adına Siyasi Elmlər İnstitunda yuxarı kurs tələbələri üçün mühazirələr oxumuşam, seminarlar aparmışam. Həmçinin digər ali təhsil müəssisələrində - məsələn, Hamburqda yerləşən Helmut Şmidt adına Bundesver Universiteti, Berlin Humbold Universiteti, Frayberq Universiteti, Martin Lüther adına Halle-Vürtemberq Universitetində qonaq alim qismində mühazirələr oxumuşam. Diplomatik fəaliyyətlə paralel alman professorlarla birlikdə Qarabağın Azərbaycan tarixində yeri, ermənilərin İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə köçürülmələri, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu tarixi, siyasi və hüquqi dəlillərlə sübut edən 15 kitabın hazırlanmasını və nəşrini təmin etmişik. Hazırda Almaniyanın bəzi dövlət və universitet kitabxanalarında yer alan bu kitablardan elmi tədqiqatlar zamanı obyektiv elmi ədəbiyyat kimi istifadə etmək olar.

 

 - Bir diplomat kimi parlament diplomatiyasını necə dəyərləndirirsiniz, konkret təklifləriniz varmı?

 

- Parlament diplomatiyası klassik diplomatiyanın tərkib hissəsidir. Ancaq onun tətbiq dairəsi və aktorları fərqlidir. Klassik diplomatiya ilə peşəkar və ya karyer diplomatlar məşğul olur. Səfirlər və ya diplomatik missiyanın digər üzvləri birbaşa mərkəzdən, yəni Xarici İşlər Nazirliyindən göndərilən təlimatları yerinə yetirir, müəyyən edilmiş mandat çərçivəsində və təlimatlandırıldıqları mövzular üzrə danışıqlar aparır, dövləti təmsil edirlər. Mərkəzdə, yəni Xarici İşlər Nazirliyində çalışan diplomatlar da eyni qaydada müəyyən edilmiş mandat çərçivəsində ölkəni təmsil edirlər. Məsələn, onlar beynəlxalq müqavilələrin və siyasi sənədlərin razılaşdırılması üzrə danışıqlar aparırlar, müxtəlif ölkələrlə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr keçiririlər və s və s. Parlament diplomatiyasının subyektləri artıq xalqın seçdiyi və müxtəlif ixtisasa malik millət vəkilləridir. Bu səbəbdən onların məşğul və məsul olduğu sahə əsasən ikitərəfli və çoxtərəfli parlament əlaqələrinin yaradılması, inkişafı və dərinləşdirilməsidir. Təbii ki, parlament diplomatiyası ölkənin müəyyən edilmiş xarici siyasət kursunun həyata keçirilməsinə töhfə verir və aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməklə həyata keçirilir. Beləliklə, parlament dövlətlər arasında mövcud olan diplomatik və siyasi əlaqələrin həyata keçirilməsində təmsil olunur, eyni zamanda parlament üzvləri rəsmi kanallardan kənar, lakin parlamentin ümumi çətiri altında aparılan dialoqlarda da vacib rol oynaya bilərlər. Parlament üzvləri öz rəsmi fəaliyyətləri ilə yanaşı, qeyri-rəsmi mühitdə də müzakirələr aparmaqla yeni təşəbbüslər irəli sürə və mövcud olan problemlərin aradan qaldırılmasına təkan verə bilərlər. Burada ictimai diplomatiya üçün şərait yaranır. Qalib dövlətimizin parlamentinin də seçiləcək üzvləri təmsil olunduqları ikitərəflə parlamanetlərarası işçi qruplarda və beynəlxalq təşkilatların parlamentlərarası təsisatlarında fəaliyyətlərini daha da gücləndirməli və qarşı tərəfdən olan həmkarlarla sıx əməkdaşlıq münasibətlərini inkişaf etdirməlidirlər.

 

- Deputat seçiləcəyiniz təqdirdə VII çağırış Milli Məclisini necə görmək istəyirsiniz? Sizcə hansı peşə sahibləri çoxluq təşkil etməlidir?

 

 - Vətən Müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar parlament diplomatiyası sahəsində də aktlivliyin arıtırılmasını şərtləndirir. VII çağırış Milli Məclisin müasir çağırışlara cavab verən və seçicilərin ümidlərini doğruldan bir orqan kimi fəaliyyət göstərəcəyinə əminəm. Milli Məclisimizin tərkibi seçicilərin göstərəcəyi etimadın nəticəsi olaraq müxtəlif ixtisaslı şəxslərdən ibarət ola bilər. Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi siyasət, iqtisadiyyat, hüquq, təhsil, səhiyyə, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə dərin bilik və təcrübəyə malik şəxslərin parlamentdə təmsil olunmasına ehtiyac var. Bu, müxtəlif sahələr üzrə qanunvericiliyin daha da təkmilləşdirilməsinə, eləcə də yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verə bilər. Ümid edirəm ki, seçicilər beynəlxalq əlaqələr və diplomatiya sahəsində təcrübəsi olan şəxslərin də Milli Məclisdə təmsil olunması üçün etimad göstərəcəklər. Çünki bu, ölkəmizin parlament diplomatiyasından daha səmərəli şəkildə istifadə etməsinə zəmin yarada bilər. Mənim seçkiqabağı təşviqatda istifadə etdiyim şüarlardan biri belədir: “Güclü Parlament diplomatiyası sülhə və sabitliyə töhfədir”.

 

 - Sizcə Milli Məclis Azərbaycanın əleyhinə həyata keçirilən qarayaxma kampaniyalarına qarşı necə mübarizə aparmalıdır?

 

 - Azərbaycan dövləti Vətən müharibəsi, yəni 2020-ci ildə apardığı uğurlu hərbi əməliyyat və siyasi diplomatik fəaliyyəti ilə, eləcə də 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə sülhün və təhlükəsizliyin bərpası üçün çox ciddi, qlobal miqyasda da xüsusi əhəmiyyəti olan addım atdı. Dövlətimiz 30 illik hərbi təcavüzə və işğala son qoymaqla, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və bununla beynəlxalq hüququn hamılıqla qəbul edilmiş, hüquqi məcburi olan prinsiplərini təmin etdi. Məsələnin bu tərəfinə parlament diplomatiyası yolu ilə beynəlxalq birliyin diqqətini cəlb etməliyik. Təbii ki, Azərbaycan dövlətinin regional və beynəlxalq miqyasda çəkiyə malik bu uğuru heç də hamını sevindirmədi, bəzi qüvvələr ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasını bir az da canlandırdı. Ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə kompleks yanaşma tələb edir. Parlament diplomatiyası və ictimai diplomatiya vasitəsi ilə əlaqələndirilmiş fəaliyyət sərgiləməlidir. Hesab edirəm ki, qarayaxmalarla mübarizədə başlıca yol təbliğatın genişləndirilməsi, faktlara əsaslanan aydın və qətiyyətli mövqenin nümayiş etdirilməsidir. Parlament üzvlərimiz xarici ölkələrin parlamentləri və beynəlxalq təşkilatları ilə əməkdaşlığı daha da genişləndirməli, beynəlxalq platformalarda Azərbaycanın maraqlarını, mövqeyini və həqiqətlərini hər zaman qətiyyətlə müdafiə etməlidirlər. Düşünürəm ki, qeyd olunan tədbirlər vasitəsilə ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyasına qarşı nəticəyönümlü iş aparmaq mümkündür.

 

 - Bu gün Azərbaycan diplomatiyasının əsas hədəflərindən biri də Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliğidir. Qərbi Azərbaycan əsilli bir şəxs olaraq Sizcə, bu yolda daha hansı işləri görmək olar?

 

- Qərbi Azərbaycan tarixən azərbaycanlıların məskunlaşdığı bir bölgə olub. Bizim ailə məskunlaşdığımız Göyçə mahalından 1988-ci ilin dekabrında zor tətbiqi şəraitində deportasiya edilib. Xırdalan və Masazırda məskunlaşan Qərbi Azərbaycan əsilli ailələr arasında mənim də ailə üzvlərim, qohumlar və kənd camaatı var. Bu gün Qərbi Azərbaycan məfhumunu tarixi-coğrafi anlayış kimi istifadə edirik. Seçki platformamda da qeyd etdiyim kimi, bu bölgəyə qayıdış, tarixi ədalətin bərpası və xalqımızın mədəni irsinin qorunması baxımından da əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanla bağlı həqiqətlərin təbliği bizim milli strateji məqsədlərimizdən biridir və bu yolda müvafiq zəruri işlər görülməkdədir. İlk növbədə, tarixi və hüquqi həqiqətləri əks etdirən materiallar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu, əcnəbi mütəxəsislərlə birgə akademik araşdırmaların aparılması, onların nəticələrinin nəşri, bu nəticələrin beyin mərkəzləri və aparıcı siyasi mərkəzlərdə təqdimatı ilə müşayiət oluna bilər. Bu nəşrlərin əcnəbi kitabxanalarda yerləşdirilməsi bu istiqamətdəki fəaliyyətin vacib bir hissəsini təşkil edir. Seçki platformamda həmçinin Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq arenada təbliği istiqamətində hədəflədiyim məsələlər yer alıb: Qərbi Azərbaycandakı tarixi və mədəni abidələrimizin qorunması və bərpası üçün tədbirlər görülməsi və bu məsələyə əcnəbi parlamentlərdən dəstək əldə edilməsi; Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətlərə dəstək verilməsi. Düşünürəm ki, bunun üçün yerli və xarici ekspertlərin iştirakı ilə mütəmadi şəkildə beynəlxalq tədbirlərin təşkili davam etdirilməli və Qərbi Azərbaycanla bağlı həqiqətlər və mövzunun müxtəlif aspektləri dünya ictimaiyyətinə çatdırılmalıdır.

 - Seçki prosesində seçicilərlə görüşləriniz olur, gəldiyiniz qənaət necədir, seçicilər necə deputat görmək istəyirlər?

 

 - Seçicilərlə görüşlər zamanı onların gözləntilərini və istəklərini daha yaxından öyrənmək imkanı əldə edirəm. Gəldiyim qənaətə görə, seçicilər öz deputatlarında onlarla davamlı dialoqda ola bilən, onların problemlərini dinləyən və səmərəli həll yolları axtaran, həmçinin milli maraqları qorumaq bacarığı və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən xüsusiyyətləri axtarırlar.

 

- Sosial şəbəkə hesabınızda seçki təşviqatınızı izlədikdə çoxsaylı görüşlər keçirdiyinizi deyə bilərik. Bu görüşlər arasında şəhid ailələri və müharibə veteranlarını ziyarət etməyiniz xüsusilə diqqət çəkir. Bu barədə nə deyə bilərsiniz?

 

- Seçicilərimlə davamlı görüşlər keçirirəm. Şəhid ailələri və qazilərimizə baş çəkirəm. Hər dəfə onlarla görüş zaman şəhidlərimizin və qazilərimizin nümayiş etdirdikləri qəhrəmanlıq və şücaətlərdən bəhs olunur. Qəhrəman şəhidlərimizin və qazilərimizin şərəfli döyüş yolu barədə eşitdiklərim onların canından keçdiyi Vətənimizin daha da tərəqqisi naminə yorulmadan çalışmaq üçün mənə inanılmaz ruh verir. Görüşlərdə şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatələndiyini vurğulayıram. Yaşlı nəslin nümayəndələri olan seçicilərimlə görüşə gəldikdə isə, hər dəfə onlara deyirəm ki, mənim təkcə sizin səsinizə deyil, həm də xeyir-dualarınıza ehtiyacım var.

 

 - Siz həm də təhsil adamısınız. Seçki Platformanızda təhsillə bağlı hədəfləriniz nədən ibarətdir?

 

- Təhsil mənim təkcə seçki platformamda deyil, bütövlükdə həyat fəaliyyətimdə də əsas hədəflərimdəndir. Çünki aldığım təhsil qaçqınlıqdan diplomatik fəaliyyətədək yaşadığım həyat yolunu müəyyənləşdirib. Mən gənclərlə görüş zamanı hər dəfə təhsillə bağlı məsələləri onların diqqətinə çatdırıram. Daha çox gəncin xarici nüfuzlu universitetlərdə ali təhsil alması və Vətənə mütəxəssis kimi dönməsi vacibdir. Bu sahədə tətbiq olunan Dövlət Proqramına bu günlərdə edilən dəyişiklik peşəkar kadr hazırlığı üçün əlahiddə əhəmiyyətə malikdir. Belə ki, dövlətimiz xarici universitetlərdə dövlət təqaüdü ilə artıq doktorantura pilləsində də təhsil almaq imkanı yaratdı. Bu, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında da təsbit olunmuş peşəkar insan ehtiyatlarının hazırlanmasının təmini üçün atılmış mühüm addımdır. Gənclərin təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Abşerondan daha çox gəncin xaricdə təhsil məqsədilə təqaüd imkanlarının təşviqi, gənclərin xarici dil biliklərinə yiyələnməsinin stimullaşdırılması seçki platformamdakı hədəflərdəndir. Eyni zamanda Almaniya təcrübəsindən çıxış edərək dual (təhsil və təcrübəni ikili olaraq eyni vaxtda özündə ehtiva edən) peşə təhsili məktəblərinin yaradılmasının təşviq edilməsi və gənclərimizin burada müxtəlif peşələrə yiyələnməsinin stimullaşdırılması mənim üçün prioritet məsələlərdəndir. Buna görə də gənclərimizə belə bir şüarla müraciət etmişəm: “Güclü təhsil al, özünə güvən, Qalib Dövlətdə yerini qazan!” 

1373076









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30