Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyi qeyd olundu

Image


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, Yasamal rayon Heydər Əliyev Mərkəzi və “Carçı” jurnalının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyi və “Carçı” jurnalının xüsusi buraxılışının təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı. O, Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolunun danılmaz olduğunu bildirdi. 

Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında jurnalın Mehriban Əliyevanın 60 illik yubileyi ilə əlaqədar xüsusi buraxılışında əməyi keçən, məqalələri dərc olunan hər kəsə öz təşəkkürünü bildirdi. G.Əmirquliyeva Mehriban Əliyevanın yolu ilə getdiyini, daima ondan öyrəndiyini, örnək götürdüyünü qeyd etdi.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini vurğuladı. Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq, xeyirxahlıq və humanizm nümayiş etdirir.

Azərbaycanın Xalq artisti Əli Nur Mehriban xanım Əliyeva ilə S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında baş tutan ilk tanışlığından danışdı, xatirələrini bölüşdü. 

Marina Health Azərbaycanın baş direktoru Elçin Hüseynov jurnalın xüsusi buraxılışı münasibətilə redaksiya heyətini təbrik etdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin prezidenti Tofiq Əlizadə Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə əlaqədar təbriklərini çatdırdı və qeyd etdi ki, Azərbaycanın tarixi və mədəni irsinə, mədəniyyətinə biganə qalmayan hər bir kəs Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. 

“Dədə Qorqud” MilliFondununyaradıcısı və prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov “Carçı” jurnalının baş redaktorunu təbrik etdi, ona Fondun “Qızıl ürək” ordenini təqdim etdi.

Tanınmış jurnalist, Əməkdar müəllim Qətibə Məmmədovaçıxışında qeyd etdi ki,Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır. 

“Dədə Qorqud” Milli Fondunun əməkdaşı Altay Babaşov Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlığı haqqında çıxış etdi. 

Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova tədbirə dəvətə görə minnətdarlığını bildirdi və öz xoş arzularını çatdırdı.

Şair Aytəkin Mehmanqızı Mehriban xanım Əliyevanın nə qədər zərif, kövrək qəlbə malik olduğunu vurğuladı. Azərbaycanın rifahı naminə gördüyü işlərdən danışdı. 

BDU-nun dosenti Vüsalə Dadaşova çıxış edərək bildirdi ki, Mehriban xanım Əliyevanın bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. 

Dünya Azərbaycanlılarının Mədəniyyət MərkəzininBirincivitse-prezidenti Ruhiyyə Poladova jurnalın redaksiya heyətinə uğurlar arzuladı.

Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Mehriban xanım Əliyevanın nəcib işlərindən danışdı.

“Tərəqqi” medallı Əməkdar müəllim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin eksperti Nəzakət Əhmədova “Carçı” jurnalının Laçında təqdimatının baş tutduğunu vurğuladı və jurnalda əməyi keçən hər kəsə yaradıcılıq uğurları arzuladı.    

İctimai fəal Əli Yunusov çıxışında bildirdi ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Daha sonra o, “Carçı” jurnalının redaksiya heyətini təbrik etdi.

“Neft daşları” qəzetinin əməkdaşı, “Carçı” jurnalının ilk təsisçisi Bəhruz Məmmədov jurnalın ilk təsis olunması haqqında danışdı və hər bir əməkdaşa uğurlar arzuladı.

“Ana Vətən” Partiyasında Qadınlar Şurasının sədri İntizar Xanməmmədova, informator Kamandar Əliyev dəvətə görə tədbir təşkilatçılarına təşəkkürünü bildirmiş, xoş arzularını dilə gətirmişdilər. 

Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxışında qeyd etdi ki, Mehriban xanım Əliyeva qayğıkeş ana, nəcib insan, hətta səngərlərdən səsi gələn mərd qadındır. O, türk qadınının streotipidir. 

Yasamal rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova ölkənin birinci xanımı dünyanın müxtəlif ölkələrində humanitar və sosial layihələrin dəstəklənməsinə, eləcə də dünya irsinin qorunmasına, mədəniyyət və incəsənətimizin dünyada təbliğinə və tarixi abidələrin bərpasına da mühüm töhfələr verir. Onun yolu hər birimiz üçün örnəkdir. O, “Carçı” jurnalının yaradıcı heyətinə də uğurlar arzuladı.

Tədbirdə Azərbaycanın Xalq artisti Əli Nur, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi, Zülfiyyə Eldarqızı, şairlər Aytəkin Mehmanqızı, Qadir Hüseynov, Məhərrəm Məhərrəmov, Aytən Qurbanova ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş yeni bayatı və şeirlər söylədilər.

Tədbirin bədii hissəsində Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbinin 9-cu sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı, 3 dəfə respublika birincisi Əli İbrahimli “Ey Vətən” və “Odlar Yurdu” mahnılarını ifa etdi. Beynəlxalq və respublika müsabiqələr laureatı xanəndə Maya Cəbrayılova muğamımıza, incəsənətimizə verdiyi dəyərə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Cəbrayılova “Mehriban olaq” mahnısını ifa etdi.

Tədbirdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya həsr olunan videoçarxlar nümayiş olundu.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.

         Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına 2 №-li kitabxana filialı da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyevanın 60 illik yubileyi ilə əlaqədar “Mehribanlı gələcək – 60”adlı tədbir keçirdi.

Tədbiri giriş sözü ilə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq, Mehriban Əliyevanın fəaliyyətindən danışdı. O bildirdi ki, Mehriban Əliyeva dünya mədəniyyətinə, habelə Azərbaycan mədəni irsinin qorunması və təbliğinə öz töhfələrini verir.

         Tədbirdə yazıçı-şair,  publisist “Ay işığı” ədəbi məclisinin üzvü Sevinc Ağa Xəlilqızı, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə, “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Yasamal rayonunun Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva və redaktor müavini Nəzakət Əhmədova, ictimai xadim Əli Yunusov, AYB və AJB-nın üzvü,ictimai xadim Aygün Hüseyn və yazıçı-jurnalist “Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyinin sədri Firuzə Əsədullayeva iştirak etdilər.

         AYB və AJB-nın üzvü,ictimai xadim Aygün Hüseynin qələmə aldığı “Ömrümün Vətən Nəğməsi” kitabını kitabxanaya hədiyyə etdi. Bu kitabda M.Əliyevaya həsr olunmuş “Mehriban işığı” adlı poeması yazıçı tərəfindən səsləndirildi.




Tədbirdə nümayiş olunan videoçarxlarla aşağıdakı linklərə keçid alaraq tanış olmaq olar:

https://www.youtube.com/watch?v=a8m9kISSyWw  

https://www.youtube.com/watch?v=_9DD_Y6NLgc 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30