Laçın Şəhəri: Tarixin və Qələbənin Simvolu

Image



27 sentyabr 2020-ci il. 

Bu gün, Azərbaycan müasir tarixinin ən böyük dönüm nöqtələrindən biridir. Məhz həmin gün, 44 gün davam edəcək və yekunda 30 illik işğalı sonlandıracaq böyük zəfərə gedən yolun ilk addımı atılmışdır. Həmin tarixdən etibarən ölkəmiz və region üçün artıq heç nə əvvəlki kimi olmayacaqdı. Çünki, artıq Azərbaycan xalqının, Azərbaycan Ordusunun və onun Ali Baş Komandanının qəlbi yalnız və yalnız zəfər üçün döyünməyə başlamışdı. Artıq səbr kasası daşmış, humanizm prinsipləri öz yerini tarixi ədalət arayışına buraxmışdı. Beləliklə, bu hislər, fikirlər fonunda  Vətən müharibəsi başladı. Azərbaycan Ordusu hər ötən gün yeni zəfərlər qazanaraq, torpaqlarımızı azad edərək sürətli şəkildə irəlilədi. 8 noyabr günü isə hərb tariximizə qızıl hərflərlə yazılacaq böyük bir tarix yazıldı. Qarabağın döyünən qəlbi, mədəniyyət beşiyi, “alınmaz qala”sı Şuşa erməni işğalından azad edildi və tarixi sahiblərinə qovuşdu. Bundan sonra isə proseslər ildırım sürəti ilə davam etdi. 9 noyabr günü 70-dən çox kənd azad edildi, yüksəkliklərə nəzarət əldə olundu. 10 Noyabr günü isə ölkəmizin tarixində yeni bir eranın başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən müharibəni sona çatdıran Bəyanat imzalandı. Bu Bəyanatla işğal altında olan üç rayonumuz heç bir güllə atmadan, şəhid vermədən Ordumuzun nəzarətinə qaytarıldı: Ağdam, Kəlbəcər və Laçın. 

Həmin ərazini tanıyan, bilən hər kəs yaxşı bilir ki, əgər bu şəhərlərimizdə müharibə getsəydi bizim itkilərimiz mövcud olanın bəlkə də iki qatı olacaqdı. Çünki Laçın və Kəlbəcər dağlıq və çətin relyefli ərazilərdir. Ağdam isə düzənlik olsa da demək olar ki, düşmənin ən çox möhkəmləndiyi şəhərlərimizindən biri idi. Üstəlik nəzərə alsaq ki, müharibə noyabr-dekabr aylarında davam edəcəkdi, onda bir tərəfdən də çətin hava şəraiti Ordumuzun, əsgərlərimizin işini çətinləşdirəcəkdi. Beləliklə, Vətən müharibəsi hərbi və siyasi baxımdan Azərbaycanın çox böyük uğurudur. Böyük ustalıqla idarə olunan proses tam vaxtında yekunlaşaraq mümkün olan ən az itki və əldə oluna biləcək ən böyük uğurla yekunlaşdı. 

01 Dekabr tarixində bütün bu proseslər Laçın şəhərinin təhvil verilməsi ilə sona çatdı. Dəqiq demək olar ki, Laçın şəhəri yerləşdiyi coğrafi mövqe baxımından müharibənin gedişatında ən vacib rol oynayan şəhərlərimizdən biri idi. 1992-ci ildə Laçın şəhərinin, Şuşanın işğalından cəmi 10 gün sonra işğal altına düşməsi müharibənin sonrakı gedişatını demək olar ki, tamamilə həll etdi. Çünki, Laçın şəhəri və onun ərazisi, Ermənistan ilə (o vaxtkı adı ilə) Dağlıq Qarabağ arasında yerləşən strateji bir keçid nöqtəsi idi. Laçın dəhlizi adlanan bu yol, Ermənistan ilə Dağlıq Qarabağ arasında əsas quru əlaqə yolu idi. Laçının işğalı Ermənistan üçün Dağlıq Qarabağdakı separatçı qüvvələrə asanlıqla silah, sursat, ərzaq və digər logistik dəstək göstərmək imkanı verdi. Bu, münaqişə dövründə Ermənistanın mövqelərini gücləndirməsində birbaşa rol oynadı.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Artıq Laçının iztirablı günləri sona çatıb. 30 il düşmən tapdağına məruz qalan qədim şəhərimiz nəhayət əzəli sahiblərinin isti nəfəsi ilə yenidən həyat tapıb. 2022-ci ilin 26 avqust tarixində dövlət başçımız Laçın şəhərinin mərkəzində şanlı bayrağımızı dalğalandıraraq yeni dövrün qapılarını açdı.  Ötən il mayın 28-dən başlayaraq isə laçınlıların doğma yurda dönüşünə start verildi. Artıq Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Dövlət Proqramına əsasən ötən il rayonun Sus kəndinə 59 ailə və 215 sakinin, Zabux kəndinə 217 ailə və 823 sakinin köçürülməsi təmin olunub.

Sonda qeyd etmək istərdim ki, Laçın şəhərinin işğaldan azad edilməsi və Prezident İlham Əliyevin şəhərdə Azərbaycan bayrağını sancması, Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası, milli qürurun və birliyin simvolu olaraq yaddaşlara həkk olunub. Bu hadisə, Azərbaycan dövlətinin və xalqının iradəsinin güclü ifadəsi olaraq tarixdə silinməz iz qoyub. Laçının yenidənqurulması və inkişafı isə bu bölgənin Azərbaycan üçün strateji və iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir. 



Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30