Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Image



Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu. Prezidentlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıb, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Müxtəlif qurumlar arasında fəaliyyət planları, protokollar, sazişlər  imzalanıb, proqramlar qəbul edilib.


Əminliklə deyə bilərik ki, Özbəkistan və Azərbaycan arasındakı münasibətlər heç vaxt olmadığı səviyyəyə qalxıb. Xüsusilə, Qarabağın işğaldan azad edildikdən sonrakı dörd il ərzində iki ölkənin dövlət və hökumət nümayəndələri arasında əməkdaşlığın bütün sahələrini əhatə edən qarşılıqlı səfərlərin sayı onlarladır. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq atmosferində keçən rəsmi görüşləri də intensiv xarakter daşıyır. Bu da səbəbsiz deyil. İki qardaş ölkəni və xalqları birləşdirən ortaq dəyərlər var. 


Prezidentlərin mətbuata bəyanatlarında qədim Qarabağ torpağından söz açan Özbəkistan Prezidenti bildirdi ki, Qarabağ inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüyünü xatırladan dövlət başçısı dedi ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. O, sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri, noyabrda Bakı Qlobal İqlim Sammiti keçirələndə hərtərəfli dəstək göstərəcəklərini qeyd etdi.


“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”. Çıxışında Azərbaycanla Özbəkistan arasında son illər genişlənən əməkdaşlıqdan söz açan dövlətimizin başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkistanın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətləndirdi. Bu məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbaycan Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söylədi. Mətbuat üçün açıqlamasında Prezident İlham Əliyev bu gün Özbəkistanın təkcə bölgədə deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrildiyini və buna səmimi-qəlbdən sevindiyini vurğulayaraq, Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü kimi özbək idmançılarının Yay Olimpiadasında tarixi uğurunu diqqətə çatdırdı və bundan bütün Türk dünyasının sevindiyini və qürur duyduğunu xüsusi vurğuladı. Həqiqətən də, Mərkəzi Asiyanın yüksək templə irəliyə doğru addımlayan respublikasına çevrilmiş Özbəkistan bütün sahələrdə, o cümlədən idmanda da rekord nailiyyətlərə imza atır. Bir həqiqəti də demək lazımdır ki, Özbəkistanın dünyada gündən-günə artan nüfuzu həm də onun üzvü olduğu Türk Dövlətləri Təşkilatının regionda və beynəlxalq arenada güclənməsini şərtləndirən amillərdəndir. Burada Azərbaycanın da oynadığı önəmli rolu unutmaq olmaz.  “Qarabağın dirçəldilməsində biz də iştirak edəcəyik”,  “Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır”. Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirdi. 


Xoş məramlı qardaşlıq jestinə müsbət yanaşdığını bildirən dövlətimizin başçısı bu sahədə də əməkdaşlığın gücləndirilməsinin hər iki tərəf üçün səmərəli olacağına inandığını söylədi. 

Prezident Şavkat Mirziyoyev də qeyd etdi ki, indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb. Özbəkistanın dövlət başçısı bu gün tarix yazdıqlarını və bu tarixin öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacağına əmin olduğunu bildirdi. 


Özbəkistan Prezidenti çıxışında 2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etdiklərini və Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq üçün əsasların olduğunu dedi.


Dövlətimizin başçısı: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.-deyə vurğuladı. 


Səlim Məmmədov

Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30