Сiddi uyğunsuzluq aşkarlanan otellər xəbərdarlıqlara niyə məhəl qoymur? - Araşdırma

Image

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu olmaqla, ümumillikdə 351 oteldə və 59 keytrinq xidməti ilə məşğul olan obyektdə qiymətləndirmə həyata keçirilib.

Aparılan qiymətləndirmə zamanı ümumillikdə 264 qida obyektində (231 otel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkar edilib ki, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan tədbirlər nəticəsində otel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 otel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.

AQTA tərəfindən nöqsan aşkar edilən otellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib. Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellər bunlardır: "Azcot" Hotel, "Da Vinci" Hotel Baku, "Green" Hotel, "Hotel My life" (Xudaferin), "Boulevard Rigs Boutique" Hotel (Riqs hotel), "Maestro" hotel, "Grand" Hotel Central Baku, "Nice Life" Otel, "Astoria Baku" Hotel, "Ogguesto" Hotel, "Abşeron Marino", "Boutique" Hotel Baku, "Diamond" Hotel, "Manor" Hotel və "Very Well Baku"(Green Villa)

"Gununxeberı.az"ın əməkdaşı adıçəkilən hotellərin nöqsanları aradan qaldırıb-qaldırmaması ilə bağlı araşdırma aparıb. Bunun üçün həmin hotellərlə əlaqə saxlayıb.

"Azcot" hotelin inzibatçısı Cəfər Cəfərli bildirib ki, onlara deyilən iradlar əsasən mətbəxlə bağlı olub və hazırda onun təmiri gedir. Onun sözlərinə görə, təmir sentyabr ayının ortalarında başa çatacaq və bundan sonra nöqsanların aradan qaldırıldığı ilə bağlı AQTA-ya məlumat veriləcək.

"Da Vinci" Hotel Baku-nun rəsmisi qeyd edib ki, nöqsanlar aradan qaldırılıb və foto çəkilərək aidiyyəti üzrə göndərilib. 

"Maestro" hotel-dən söyləyiblər ki, onlar da bildirilən nöqsanları tam olaraq həll edərək AQTA-ya mail göndərilər.

"Grand" Hotel Central Baku-nun baş menecer Elnur Mehdiyev bildirib ki, onlar nöqsanları aradan qaldırıblar. O əlavə edib ki, istənilən vaxt gəlib yoxlama apara bilərlər. 

"Nice Life" Otel-in rəhbəri Pərvin Nəbiyev qeyd edib ki, nöqsanları aradan qaldıraraq bu barədə AQTA-ya məlumat veriblər. 

"Manor" Hotel-dən bildirilib ki, bəziləri aradan qaldırılıb, bəzilərinin aradan qaldırılması üçün işlər davam etdirilir.

"Boutique" Hotel Baku-nun mühasibi Şahlar Cəlilov bildirilən nöqsanların hamısı həll edilib. 

Nöqsanlar aşkarlanan hotellərin bəzilərinin əlaqə nömrələrini tapa bilmədik, bəziləri isə zənglərimizə cavab vermədi. Maraqlısı odur ki, AQTA analoji yoxlamaları mütəmadi aparsa da, əksər otellər xəbərdarlıqlara məhəl qoymur, ya da aşkarlanan uyğunsuzluqları aradan qaldırmadan vaxt udurlar. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, həmin hotellərə rəsmi məktub göndərilib və vaxt verilib: "Həmin vaxt başa çatdıqdan sonra yoxlama keçiriləcək. Qoyulan vaxt ərzində nöqsanları aradan qaldırmadıqları halda onlarla bağlı inzibati cərimələrin tətbiqi nəzərdə tutulub", - deyə məlumatda vurğulanıb.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30