Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyi qeyd olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası, Yasamal
rayon Heydər Əliyev Mərkəzi və “Carçı” jurnalının birgə təşkilatçılığı ilə
Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın 60
illik yubileyi və “Carçı” jurnalının xüsusi buraxılışının təqdimatı keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin və
Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad
olundu.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə
fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq
qonaqları salamladı. O, Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi
və mədəni həyatındakı rolunun danılmaz olduğunu bildirdi.
Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının
təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında jurnalın
Mehriban Əliyevanın 60 illik yubileyi ilə əlaqədar xüsusi buraxılışında əməyi
keçən, məqalələri dərc olunan hər kəsə öz təşəkkürünü bildirdi.
G.Əmirquliyeva Mehriban Əliyevanın yolu ilə getdiyini, daima ondan
öyrəndiyini, örnək götürdüyünü qeyd etdi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə
Mustafayeva çıxışında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
genişmiqyaslı və ictimai əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini
vurğuladı. Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz
xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan
Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq,
xeyirxahlıq və humanizm nümayiş etdirir.
Azərbaycanın Xalq artisti Əli Nur Mehriban xanım Əliyeva ilə
S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında baş tutan ilk
tanışlığından danışdı, xatirələrini bölüşdü.
Marina Health Azərbaycanın baş direktoru Elçin Hüseynov jurnalın
xüsusi buraxılışı münasibətilə redaksiya heyətini təbrik etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin
prezidenti Tofiq Əlizadə Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə
əlaqədar təbriklərini çatdırdı və qeyd etdi ki, Azərbaycanın tarixi və mədəni
irsinə, mədəniyyətinə biganə qalmayan hər bir kəs Mehriban Əliyevaya
dərin minnətdarlığını bildirir.
“Dədə Qorqud” MilliFondununyaradıcısı və prezidenti, “Azərbaycan
dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov
“Carçı” jurnalının baş redaktorunu təbrik etdi, ona Fondun “Qızıl ürək”
ordenini təqdim etdi.
Tanınmış jurnalist, Əməkdar müəllim Qətibə Məmmədovaçıxışında
qeyd etdi ki,Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssaslıqla
yanaşır.
“Dədə Qorqud” Milli Fondunun əməkdaşı Altay Babaşov Mehriban
xanım Əliyevanın humanizm və xeyirxahlığı haqqında çıxış etdi.
Əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə
Kərimova tədbirə dəvətə görə minnətdarlığını bildirdi və öz xoş arzularını
çatdırdı.
Şair Aytəkin Mehmanqızı Mehriban xanım Əliyevanın nə qədər zərif,
kövrək qəlbə malik olduğunu vurğuladı. Azərbaycanın rifahı naminə
gördüyü işlərdən danışdı.
BDU-nun dosenti Vüsalə Dadaşova çıxış edərək bildirdi ki, Mehriban
xanım Əliyevanın bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq,
həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib.
Dünya Azərbaycanlılarının Mədəniyyət MərkəzininBirincivitse-
prezidenti Ruhiyyə Poladova jurnalın redaksiya heyətinə uğurlar arzuladı.
Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu
Qadir Hüseynov Mehriban xanım Əliyevanın nəcib işlərindən danışdı.
“Tərəqqi” medallı Əməkdar müəllim, Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin eksperti Nəzakət Əhmədova “Carçı” jurnalının
Laçında təqdimatının baş tutduğunu vurğuladı və jurnalda əməyi keçən hər
kəsə yaradıcılıq uğurları arzuladı.
İctimai fəal Əli Yunusov çıxışında bildirdi ki, Mehriban xanım
Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil,
səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə
edir. Daha sonra o, “Carçı” jurnalının redaksiya heyətini təbrik etdi.
“Neft daşları” qəzetinin əməkdaşı, “Carçı” jurnalının ilk təsisçisi
Bəhruz Məmmədov jurnalın ilk təsis olunması haqqında danışdı və hər bir
əməkdaşa uğurlar arzuladı.
“Ana Vətən” Partiyasında Qadınlar Şurasının sədri İntizar
Xanməmmədova, informator Kamandar Əliyev dəvətə görə tədbir
təşkilatçılarına təşəkkürünü bildirmiş, xoş arzularını dilə gətirmişdilər.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxışında qeyd etdi
ki, Mehriban xanım Əliyeva qayğıkeş ana, nəcib insan, hətta səngərlərdən
səsi gələn mərd qadındır. O, türk qadınının streotipidir.
Yasamal rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Yeganə
Qafarova ölkənin birinci xanımı dünyanın müxtəlif ölkələrində humanitar və
sosial layihələrin dəstəklənməsinə, eləcə də dünya irsinin qorunmasına,
mədəniyyət və incəsənətimizin dünyada təbliğinə və tarixi abidələrin
bərpasına da mühüm töhfələr verir. Onun yolu hər birimiz üçün örnəkdir. O,
“Carçı” jurnalının yaradıcı heyətinə də uğurlar arzuladı.
Tədbirdə Azərbaycanın Xalq artisti Əli Nur, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, bədii qiraətçi, Zülfiyyə Eldarqızı, şairlər Aytəkin Mehmanqızı, Qadir
Hüseynov, Məhərrəm Məhərrəmov, Aytən Qurbanova ölkənin birinci
xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevaya həsr olunmuş yeni bayatı və şeirlər söylədilər.
Tədbirin bədii hissəsində Ş.Ələkbərova adına 20 nömrəli Musiqi
Məktəbinin 9-cu sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı, 3 dəfə
respublika birincisi Əli İbrahimli “Ey Vətən” və “Odlar Yurdu” mahnılarını ifa
etdi. Beynəlxalq və respublika müsabiqələr laureatı xanəndə Maya
Cəbrayılova muğamımıza, incəsənətimizə verdiyi dəyərə görə Mehriban
xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Cəbrayılova “Mehriban olaq”
mahnısını ifa etdi.
Tədbirdə Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım
Əliyevaya həsr olunan videoçarxlar nümayiş olundu.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər
Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına
2 №-li kitabxana filialı da Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı
Əliyevanın 60 illik yubileyi ilə əlaqədar “Mehribanlı gələcək – 60”adlı tədbir
keçirdi.
Tədbiri giriş sözü ilə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri
v.m.i.e. İradə Hüseynova açaraq, Mehriban Əliyevanın fəaliyyətindən
danışdı. O bildirdi ki, Mehriban Əliyeva dünya mədəniyyətinə, habelə
Azərbaycan mədəni irsinin qorunması və təbliğinə öz töhfələrini verir.
Tədbirdə yazıçı-şair, publisist “Ay işığı” ədəbi məclisinin üzvü Sevinc
Ağa Xəlilqızı, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai
Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə, “Dədə Qorqud” Fondunun
prezidenti, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar
İsmayılov, Yasamal rayonunun Qadınlar Cəmiyyətinin sədri, “Carçı”
jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva və redaktor müavini Nəzakət
Əhmədova, ictimai xadim Əli Yunusov, AYB və AJB-nın üzvü,ictimai xadim
Aygün Hüseyn və yazıçı-jurnalist “Jurnalistlər ekstremal şəraitdə” İctimai
Birliyinin sədri Firuzə Əsədullayeva iştirak etdilər.
AYB və AJB-nın üzvü,ictimai xadim Aygün Hüseynin qələmə aldığı
“Ömrümün Vətən Nəğməsi” kitabını kitabxanaya hədiyyə etdi. Bu kitabda
M.Əliyevaya həsr olunmuş “Mehriban işığı” adlı poeması yazıçı tərəfindən
səsləndirildi.
Tədbirdə nümayiş olunan videoçarxlarla aşağıdakı linklərə keçid
alaraq tanış olmaq olar:
https://www.youtube.com/watch?v=a8m9kISSyWw
https://www.youtube.com/watch?v=_9DD_Y6NLgc