AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN VƏ MƏDƏNİYYƏTİNİN RƏMZİ: MEHRİBAN XANIM ƏLİYEVA

Image

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci

xanımı, çox hörmətli Mehriban xanım Əliyevanın şəxsiyyətindən

söhbət açarkən onun geniş və çoxşaxəli siyasi, xeyriyyəçilik

fəaliyyətini, təhsil və mədəniyyət sahəsində xidmətlərini qeyd

etmək yerinə düşərdi. Milli mədəniyyətin inkişafına misilsiz qayğı

göstərən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin

təcəssümü, rəmzi hesab olunur. Rəmz isə haqqında uzun-uzadı

və səmərəli düşünə biləcəyimiz bir fenomendir.

Tarix öz hadisələrinə görə şəxsiyyətlərüzəri (transpersonal)

bir məvhum olsa da, bu yalnız zahirən belə görünür. Tarixin

axarını görkəmli xarizmatik şəxsiyyətlərin əməlləri və fəaliyyətləri

formalaşdırır. Azərbaycan tarixinin trayektoriyasını isə cənab

Prezident və Mehriban xanım Əliyeva şəkilləndirir. Bu iki

şəxsiyyətin iş birliyi müasir Azərbaycanın tarixində bir fenomen

təşkil edir. Azərbaycan dövlətçiliyinə düşmən kəsilənlərin təlaşlı

təxribatına baxmayaraq, yaxın gələcəkdə əldə edilə biləcək

bütün nailiyyətlər, onların bu genişspektrli fəaliyyətinin bəhrəsi

olacaqdır.


Mehriban Əliyeva hesab edir ki, istənilən bir cəmiyyətdə ən

geniş mənada mərhəmətin, insanpərvərliyin, qayğının,

xeyirxahlığın çiçəklənməsi universal bir normadır. O, bu dəyərləri

dövlət siyasəti ilə əlaqələndirərək dərin bir nəticə çıxarır: inkişaf

etmiş uğurlu cəmiyyət yalnız sözügedən sosial duyğuların təşviqi

və dəstəklənməsi zəminində mümkündür. Yeganə məqbul

hesab edilən proqram burada siyasətin özəyi kimi təsvir edilir.

Dövlət xadımı kimi Mehriban xanım Əliyeva iqtisadi

münasibətlərin sosiallaşmasından tutmuş birgə amalın

formalaşması prosesində vətəndaşların həmrəyliyinə qədər,

qlobal hadisələr zamanı həmvətənlərinin ləyaqətli yaşaması

haqqında müasir təsəvvürü ifadə edir.

Mehriban xanımın sözlərinə görə “Azərbaycan müasir,

dünyəvi, müsəlman dövlətidir. Çox tolerant bir ölkədir, burada

müxtəlif dinlərin nümayəndələri rahat yaşayırlar. Belə bir dövlətin

nümunəsi Şərq ilə Qərb arasında dialoq baxımından çox

önəmlidir”.

Mehriban Əliyevanın fikrinə görə, insanların yaxınlaşması

üçün geniş imkanlar yaradan kommunikasiya vasitələrinin

artmasına baxmayaraq, reallıqda sosial laqeydliyin getdikcə

artması, insanlar arasında uçurumun genişlənməsi müşahidə

olunur və bu dövrümüzün ən təsirli təzadlarından biridir. Bu gün

dünyanın üzləşdiyi ən böyük problem müasir cəmiyyətlərin dərin

mənəvi böhranıdır ki, bu da özünü həyatın həqiqi ideallarının

saxta ideallarla əvəz olunması və nəticədə insanların sosial

cəhətdən yadlaşması ilə birüzə verir. Onun mətnlərində təbii ki,

hazır reseptlər yoxdur, lakin Mehriban xanıma təsvir olunan

əxlaqi reallığa tamamilə zidd olan ideallara yönəlmiş şüurlu

yaşam nümunələrinin məlum olduğunu nəzərə alaraq, bu

reseptlərin orada olduğunu bilirik. Optimizmin mənşəyi də məhz

buradan qaynaqlanır.

Mehriban xanım ISESCO-nun xoşməramlı səfiridir.

Xoşməramlı səfirin vəzifəsi İslam dünyasının malik olduğu


imkanları elm, mədəniyyət və təhsil vasitəsilə dünyaya

göstərməkdir.

Dünyanın 57 ölkəsini birləşdirən ISESCO son dərəcə nəcib

bir missiyanı yerinə yetirir. Təşkilatın əsas məqsədi ölkələr

arasında elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin

qurulması və geniş vüsət alması, xalqlar arasında dialoqun

yaradılmasıdır. Bu isə öz növbəsində sülhün, təhlükəsizliyin və

əmin-amanlığın təminatı deməkdir. Fəaliyyət göstərdiyi 24 il

ərzində İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı çox

böyük işlər görüb, böyük nailiyyətlər əldə edib. Müsəlman

ölkələrində elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində

genişmiqyaslı layihələr və proqramlar həyata keçirilir. Onu da

qeyd etmək lazımdır ki, ISESCO öz fəaliyyətini təkcə müsəlman

ölkələri ilə məhdudlaşdırmır. Dünyada elə ölkələr, elə dövlətlər

var ki, orada müsəlmanlar əhalinin 10, 20, 30 faizini təşkil edir.

ISESCO həmin ölkələrlə də çox sıx əməkdaşlıq edir, proqramlar

hazırlayır, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün kreditlər,

qrantlar ayırır.

ISESCO-nun digər çox mühüm fəaliyyət istiqaməti islam

dünyasının zəngin tarixi irsinin qorunub saxlanılması və gələcək

nəsillərə ötürülməsidir. Bu gün bəzi müsəlman dövlətlərində

müharibə getdiyi şəraitdə bu cür fəaliyyət xüsusi əhəmiyyət kəsb

edir. Bundan əlavə, İslam sivilizasiyalarının yaradıcı potensialı

heç də tükənməmişdir.

Dünyada unikal geosiyasi mövqeyə malik olan Azərbaycan

Şərqlə Qərb arasında bir növ mədəni ideyalar portalına çevrilir.

Mədəniyyətdən bəhs etmək indi əvvəlkindən daha vacibdir.

Mədəniyyətlər qlobalizmi onların yaşaması üçün birbaşa təhlükə

qəbul edirlər. Bütün dünya eyniləşərsə və biz vahid bir planetar

mədəniyyət formasında mövcud olmağa başlayasaq, o zaman

biz, bizi formalaşdıran mədəni kimliyimizi itirərik. Heç bir

mədəniyyəti öz koduna qarşı getməyə məcbur etmək olmaz.

Demək olar ki, bu gün mədəniyyət kodu qlobalizmə qarşı durur.


Fikrimizcə, hörmətli Mehriban xanımın fəlsəfi axtarışlarının

məğzi, insan varlığının əbədi etik problemlərini heç bir şəkildə

həll etməyən Qərbin rəqəmsal təfəkkürü ilə qorunub saxlandığı

halda ekzistensial seçimin kritik anında həmişə köməyə gələcək

olan milli ənənələrin gücü arasında “qızıl ortanı”, yəni ortaq

məxrəci tapmaqdır. Axı, ənənənin yalnız donmuş, adətlər ilə

təqdis olunan normalar, fikirlər və obyektlər məcmuəsi olduğuna

inanmaq bir sadəlövhlük olardı. Ənənələrin kreativliyini, qlobal

problemlər labirintində öz orijinal yolunu tapmaq üçün nəhəng

yaradıcı potensialını nəzərdən qaçırmamalıyıq.

“Tarixin sonu” kimi dözülməz bir dünya yaranır, bizim

tariximiz isə davam edir. Biz bu tarixi Vətənə, xalqa xidmətimizin

hər anı ilə yazırıq. Mehriban xanım belə bir xidmətin əsl

fədaisidir.

Mehriban xanım canlı təmsilçisi olduğu Azərbaycan siyasi

mədəniyyətinin zahiri paradoksallığı dövlət maraqlarının

qorunmasında modernizmin və ənənəviliyin, universalizmin və

milli qürurun, tolerantlığın və prinsipiallığın xüsusi

sinergetikasından, alternativlərin nəzərə alınmasından və

gələcəyin aydın şəkildə strateji planlaşdırılmasından ibarətdir.

Biz həmçinin çoxmillətli xalqımız daxilində dünyagörüşü

fərqlərinin dünya səviyyəli zəka ilə ahəngdar şəkildə uzlaşan bir

müdrikliklə aradan qaldırıldığını görürük.

Mehriban xanım Əliyevanın fikrincə, istənilən qadın

həyatına bağlı olan öhdəliklərin əsarətindən onu azad edən,

Azərbaycanın müasir dövründə dominant olan emansipasiya

idealına söykənən hər hansı bir statusdan asılı olmayaraq qadın

olaraq qalır. Bu, dövlət xadiminin qürur duyduğu bir nailiyyətdir.

Onun qürur duyduğu bu nailiyyət qadının radikal İslam

qanunlarına geri qaytarılması cəhdlərinə qarşı bir sədd olduğunu

düşündürür.

“Mədəniyyət” sözünün mənası “becərmək” deməkdir.


Siseron tarlanı (ager) və ruhu (animus) müqayisə edirdi.

İşlənməmiş tarla (sine cultura) və tərbiyə edilməmiş ruh (sine

doctrina) səmərəsiz olaraq qalır. Fəlsəfə qüsurları aradan

qaldıran və ruhu nəcib əkinlərə hazırlayan ruhun işlənməsidir.

Qüsurlar təbii səbəblərdən, onların aradan qaldırılması isə

insanın iradəsindən asılıdır.

Əlbətdə ki, ailə insanın ruhunun formalaşmasında əsas rol


oynayır. Mehriban xanım xatırlayır ki: “Biz milli köklərimizi, adət-

ənənələrimizi, insanlarla ünsiyyət qurmağı öyrənirdik, bizə nəyin


real, nəyin isə illüziya olduğunu başa salırdılar. Ailədə başa

düşməyə başladıq ki, dürüst və ləyaqətli olaraq qalmaqla həmişə

qazanan biz olacağıq. Bizə gözəl zövq aşılanır və mənəviyyatın

həmişə maddiyatdan daha dəyərli olduğu dərk etdirilirdi. Bizə

aydın, düzgün həyat təlimatları verilirdi. Yetkin həyatımızın

bütövlükdə təməli məhz o vaxt, uşaqlıqda, həmin bu ailə

mühitində qoyulmuşdur. Bütün bunlar ailəmizin yaşlı nəslinin

məziyyətidir”.

Bu, onun həyatının əsas etik prinsipini formalaşdırdı: “Heç

vaxt, heç bir halda ləyaqətimizi itirməməliyik, öz vicdanımızla

sövdələşməyə getməməliyik. Özümüzlə barışdıq olduğumuz

zaman həyat yaşamaq üçün daha asan olur. Xoş məramlı

olmağa çalışmalıyıq. Daha çox yaxşı işlər görməyə tələsməliyik”.

Ruhunun formalaşmasında ikinci mühüm amil olaraq

Mehriban xanım Azərbaycan xalqının Ümummilli Lideri Heydər

Əliyevlə uzun illər ünsiyyətini qeyd edir. Mehriban xanım haqlı

olaraq Heydər Əliyevin “Müzəffər olub Müzəffər də getdiyini”

bildir.

Mehriban xanımın şəxsi xüsusiyyətlərindən biri də ondan

ibarətdir ki, qeyri-adi bir vəziyyətdə onun təbiəti son dərəcə iradə


səfərbərliyi ilə reaksiya verir. Bu, böyük və zəfərli işlər üçün

yaradılan insan keyfiyyətidir.

20 ildir Mehriban Arif qızının uğurla rəhbərlik etdiyi Heydər

Əliyev Fondu gələcəkdə Azərbaycan siyasətinin beyin

mərkəzinə çevriləcəkdir. Avrasiya və Qərb (Avro-Atlantik)

sivilizasiyalarının mədəni orijinallığı hələ uzun illər gündəmdə

duran aktual məsələ olacaqdır. Mənəvi dəyərlər sistemini

yaratmadan və inkişaf etdirmədən, dünyəvi ideologiya

formalaşdırmadan suverenliyi qoruyub saxlamaq mümkün

olmayacaq. Bilik və hakimiyyət imkanlarının sintezinə malik olan

bu Fond dövlət siyasətinin işlənib hazırlanmasında mənəviyyatı

və iradəni birləşdirən, cəmiyyət üçün aydın və anlaşılan bir

mərkəzə çevriləcəkdir.

Milli ənənələr cismimizə və qanımıza qarışır, təbii qəbul

olunur və demək olar ki, nəzərə çarpmır. Lakin digər

mədəniyyətlərin nümayəndələri ilə görüşəndə kimliyimizi

dərindən dərk edirik.

Yalnız intellektual, mədəni, mənəvi cəhətdən inkişaf etmiş

elitalar milli ənənənin ən yüksək, fəlsəfi mənasını dünyaya

orijinal inkişaf yollarını və öz mədəni statusunu təklif edən xüsusi

bir sivilizasiyanın təməli kimi dərk edə bilirlər. Mehriban xanım

da belə uzaqgörən insanlardan biridir.

Mehriban Əliyevanın dünyanı, xalqların, insanların taleyini

romantik qavrayışı var. Bu romantizmin mənşəyi onun

valideynlərinin və yaxınlarının yaşadığı müasir cəmiyyətdən

qaynaqlanır. Onun dünyanı romantik qavrayışını qoruyub

saxlaması dünyada cərəyan edən və təbii ki, Azərbaycandan da

yan keçməyən fövqaladə hadisələr dövründə həqiqətən dəyərli

bir bacarıqdır.


Mehriban xanım Əliyeva deyir ki, mənim dünyanı dəyişmək

kimi arzum yoxdur, sevdiyim işlərlə məşğul olmaqla özümü

dəyişmək mənim üçün daha maraqlıdır. Bu ifadənin özəyi onun

uşaqlıqdan böyüdüyü, dünyanı dərk etdiyi, öz milli varlığında

təbii olduğu dövrdən qaynaqlanan düzgün bir düşüncəni ehtiva

edir. Dünyanı özlərini dinamik cəmiyyətin normalarına uyğun

olaraq dəyişən şəxsiyyətlər dəyişdirir. İş ilə məşğul olan, böyük

imkanlara malik insanlar mühiti, ümumilikdə cəmiyyəti də

dəyişirlər.

Mehriban xanımın Prezidentin ətrafında birləşmək bacarığı

xalqın sosial-mədəni modelinə “tikilib”. Konkret olaraq isə

Mehriban xanımı birinci şəxsdən fərqləndirmək asan deyil.

Bütünləşmə və qarşılıqlı əlaqə fenomenal və məhsuldardır. Ali

hakimiyyətin bütün nailiyyətləri ağıl və ruhun sintezinin

nəticəsidir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevada dövlət

zəkasının, zahiri gözəlliyin, qüsursuz cazibənin uğurlu vəhdəti öz

əksini tapmışdır. Aşkar və gizli çağırışları ilə bizim bu

dövrümüzdə, həm də qısamüddətli perspektivdə, xalqımızın

həyatında taleyüklü əhəmiyyət kəsb edəcək tarixi bir faktdır.

Mehriban xanım Əliyeva həmişəki kimi zərifdir, bənzərsiz

zövqə malikdir ki, bu da ona mütləq minimalizmlə, lakin Lady like

üslubunda cəlbedici obrazlar yaratmağa imkan verir. Status ilə

qadınlıq daima marağa səbəb olan bir sintezdir. Ölkə

vətəndaşları birinci xanımın imicinə biganə deyil. Və, əlbəttə ki,

qürur duyduğumuz çox şey var: Mehriban xanım fərdi “geyim”

obrazı olaraq autfitin yaradılmasında incə zövqünü nümayiş

etdirir.

Azərbaycanın birinci xanımının paylaşımları yaxın illərdə

Azərbaycanda və bütün Avrasiya məkanında böyük tarixi rol


oynayacaq bir insanın daxili dünyası haqqında məlumat

xəzinəsidir. O, müasir Azərbaycanın – xalqın tarixində parlaq bir

dövrün övladıdır. Bizim üçün hər şey qarşıdadır, keçmişimizi

xatırlayaraq daim irəli gedirik. Mehriban Əliyevanın çıxışları da

bundan bəhs edir, dövrün irsinin onun şəxsi mədəni seçimləri

haqda düşüncələrini əks etdirir.

Onun sözləri hərəkəti ilə birlikdə dərin simvolik xarakter

daşıyır. Bu, hakimiyyətin Heydər Əliyevin adı ilə gələcəyə

addımlamasıdır. Bu, şəxsən əvəzolunmaz Mehriban xanımın

Müzəffər Prezidentlə tandemdə təcəssüm olunmuş tarixi

əlaqədir.

Azərbaycanın Birinci vitse-prezidentinin davranış tərzi

Azərbaycanda tamamilə yeni bir fenomendir. Burada

formallıqdan əsər- əlamət yoxdur. Şəninə təriflərə biganəlik də

bu silsilədəndir. Prezident cütlüyü gücə pərəstiş hallarını

dəstəkləmir.

L.N.Qumilyovun terminologiyasından istifadə etsək,

Mehriban xanım Əliyeva özünü ideyaya, öz xalqına xidmətə həsr

etmiş, milli mədəniyyəti yeni nailiyyətlərə apara bilən, müasir

dövrün qlobal çağırışlarına cavab olaraq ona lazımi dinamizm

bəxş edə bilən passionarilər tipinə aiddir.


Mixail Opyonkov,

fəlsəfə elmləri doktoru,

M.V.Lomonosov adına

Şimali Arktika Federal Universitetinin professoru

Lətifə Məmmədova,

tarix üzrə fəlsəfə doktoru,

AJB-nin üzvü, Fəxri mədəniyyət işçisi








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30