Azərbaycanda QİÇS qorxusu: 10 minə yaxın şəxs bu infeksiya ilə yaşayır

Image

Son illər bəşəriyyəti narahat edən problemlərdən biri qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-dir. İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Ölkəmizdə də QİÇS problemi uzun illər əsas müzakirə edilən məsələlərdən olub.

 

 Gununxeberi.az bildirir ki, modern.az mövzu ilə əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktorunun müavini Günəş Cəfərova ilə həmsöhbət olub.

 

"Hər kəs İİV-ə yoluxa bilər"

 

Günəş Cəfərova bildirib ki, İİV infeksiyası – İnsanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir:

 

"QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir, hansı ki, bu mərhələdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.İnfeksiyaya yoluxmanın 3 əsas yolu vardır. Cinsi yol - İİV-ə yoluxmuş şəxslə qorunmamış cinsi əlaqələr nəticəsində,parenteral yol - İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; üçüncü yol, İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı".

Direktor müavini qeyd edir ki, cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər:

 

"İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Bu virusa yoluxma halları  xüsusilə risk qrupları arasında konsentrə olunub, yəni inyeksion narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqədə olan kişilər, transgender şəxslər, seks biznezlə məşğul olan qadınlar arasında İİV-ə yoluxma halları müşahidə olunur".


Günəş Cəfərovanın sözlərinə görə, İİV-ə yoluxmuş şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır:

"İİV infeksiyası artıq xroniki xəstəliklər sırasındadır. İİV-ə yoluxmuş bütün şəxslər müalicəni vaxtı-vaxtında qəbul etdikləri müddətdə sağlam həyat tərzi sürürlər, onların həyat keyfiyyəti yaxşılaşır, ağırlaşmaların və ölümün qarşısı alınır. Müalicə Respublika QİÇS-lə Mübarizə mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında  aparılır. Xəstələrin ARV preparatlarla təminatı dövlət tərəfindən Səhiyyə Nazirliyinin dəstəyilə ödənişsiz, konfidensial qaydada həyata keçirilir. Xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Xəstələrlə həkim infeksionistlər, psixoloqlarımız tərəfindən məsləhətləşmələr aparılır. Mərkəzin mütəxəssisləri tərəfindən hər bir xəstəyə individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları,yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası,  müalicəyə  sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar. İİV-ə yoluxmamaq üçün  ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim, təmasdan öncə və təmasdan sonra profilaktika barədə də məlumat verim. Artıq ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. Bu İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının  sxem üzrə qəbulundan ibarətdir. Təmasdan sonra profilaktika isə artıq uzun illərdi ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, İİV-lə təmas etmiş şpris ucluqları batan zaman , həmçinin, tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur.Qeyd edim ki, burada vacib məqam təmasdan sonra 72 saat ərzində müraciət olunmasıdır".

"Yoluxmuş şəxslər həkimin tövsiyələrinə riayət etməklə ailə həyatı qura bilər"


Günəş Cəfərova bildirib ki, İİV-ə yoluxmuş şəxslər həkimin tövsiyələrinə ciddi şəkildə riayət etməklə ailə həyatı qura bilər. İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. 


Onun sözlərinə əsasən, ölkədə İİV-infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir və son 5 il ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmamışdır:


"Vurğulamaq istərdim ki, hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçməlidirlər. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təqdim edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır. Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus prepratları qəbul etməlidir.Bəzən cəmiyyətda virusa yoluxmuş uşaqların xüsusi yerlərdə saxlanıldığı, hətta öldürüldüyü barədə şayiələr yayılır. Ümumiyyətlə, tarixən cəmiyyətdə  İİV haqqında yalnış miflər və düşüncələr formalaşmışdır.Qətiyyən İİV infeksiyası ilə mübarizədə bu cür yanaşmalar həyata keçirilmir. Əvvəldə vurğuladığımız kimi, İİV infeksiyası xroniki xəstəliklər qrupuna aiddir və həkim nəzarəti altında müalicəsi aparılır. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş İİV-ə yoluxmuş uşaqlar və böyüklər, daimi olaraq dövlət tərəfindən müalicə və qayğı ilə əhatə olunurlar".

 

Azərbaycanda 10 minə yaxın şəxs İİV-lə yaşayır

 

Günəş Cəfərova sonda qeyd edir ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir:

 

"Azərbaycanda isə bu infeksiya əsasən İİV-ə yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən risk qrupları və ümumi əhali  arasında aparılan məqsədli fəaliyyət  İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Azərbaycanda İİV-infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək İİV-lə yaşayan insanların sayı 9926 nəfərdir. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır. Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Ölkəmizdə İİV infeksiyasının yayılması ilə bağlı epidemioloji təhlükə yoxdur".








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30