Azərbaycan atleti Brilyant Liqada gümüş medal qazanıb
Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında fərqlənib.
Gununxeberi.az İdman.biz-ə istinadən xəbər verir ki, o, çəkicatma yarışında fəxri kürsüyə yüksəlib.
Skidan 71.82 m göstərici ilə yarışı gümüş medalla başa vurub.