Laçın rayonu cənnətə çevrilir

Image



Dağlar qoynunda yerləşən Laçın rayonu 1930-cu il avqustun 8-də təşkil edilib. Əvvəllər-yəni 1923-cü ildə bu yerlər Abdallar kənd yaşayış məntəqəsi olub. 


Laçın rayonu Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd, eyni zamanda Ermənistanla həmsərhəddir. Rayon bir şəhər, bir qəsəbə və 125 kənddən ibarətdir. Ümumi  sahəsi isə 1835 kvadrat kilometrdir. 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi vardır.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal zamanı 300-dən çox hərbi və mülki  şəxs həlak olub və yaxud itkin düşüb, rayon sakinləri öz doğma ev-eşiklərindən didərgin düşərək Bakı şəhərində və Azərbaycanın əksər rayonlarında məskunlaşıblar. 


Erməni vandalları tərəfindən demək olar ki, rayon yerlə yeksan edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilib.


Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, orta və internat məktəbləri və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib.


Cinayətkar ermənilər bütün beynəlxalq qanunları pozaraq işğal etdikləri Laçın rayonunun və onun qəsəbə və kəndlərinin coğrafi adını dəyişmiş, təbii resurslarını talan edərək satmışlar. Eyni zamanda Laçın rayonuna Suriyadan olan erməni əsilli qaçqınları gətirərək, burada məskunlaşdırmışlar.


Azərbaycan dövləti və Azərbaycan xalqı demək olar ki, 30 il danışıq yolu - sülh yolu ilə öz torpaqlarını geri qaytarmağa cəhd etmişdir. Lakin erməni vəhşiləri buna razı olmaq bir yana, hətta Azərbaycandan yeni ərazilər qoparmaq arzusu ilə təmas nöqtələrini, yaşayış məntəqələrimizi durmadan atəşə tuturdular. Bunun nəticəsində dinc əhaliyə maddi və mənəvi ziyan dəyirdi. Hətta onların arasında yaralanan və həyatını itirənlər də olurdu. Əsgər və sərhədçilərimiz qəfil atışma nəticəsində şəhid olurdular.


Nəhayət Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə ayağa qalxdı. Qəhrəman Azərbaycan Ordusu  44 gün ərzində tarixi ədaləti bərpa etdi. Torpaqlarımızı öz gücü ilə geri aldı.


Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri , Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


Bu gün artıq Laçında və ümumiyyətlə doğma Qarabağda sürətlə əsaslı yenidənqurma və bərpa işləri gedir. Rayon yeni inkişaf dövrünü yaşayır.


“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər-hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” – deyir Prezident İlham Əliyev.



Artıq 30 il  əvvəl öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar doğulduqları yerlərə qayıdırlar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.


Burada yeni evlər, məktəblər, mədəniyyət sarayları tikilir, yollar, tunellər çəkilir, körpülər salınır, elektrik stansiyaları qurularaq istismara verilir. İstifadəsi 2025-ci ildə nəzərdə tutulmuş  Beynəlxalq Hava limanı inşa edilir.


Bir sözlə işğaldan azad edilmiş torpaqlarımız cənnətə çevrilir.



Mail Əsgərov

Baş leytenant, 2-ci dərəcə Vətən müharibəsi əlili, Abşeron rayon sakini








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30