MEK “Mehriban Əliyeva. Azərbaycan Respublikasının Birinci vitse- prezidenti və birinci xanımı” adlı virtual sərgini təqdim edir
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual
(https://heyzine.com/flip-book/c37d1c80ea.html#page/1) sərgi hazırlanıb.
MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə “Mehriban
Əliyeva. Həyatın 100 anı”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin
hamisi”, “Ümid qapısı”, “Humanizmlə qətiyyətin vəhdəti”, “Mədəniyyətimizin
və mədəni incilərimizin hamisi”, “Azərbaycanın Mehriban siması”, “Missiya”,
“Xoşməramlı səfir” üç cilddə, “Mehriban Əliyeva. Tərəqqi və yüksəliş
yolları” iki cilddə, “Heydər Əliyev Fondunun timsalında Azərbaycan fond
siyasəti”, “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil,
səhiyyə, idmanın inkişafı və milli-mənəvi dəyərlərin qorunması sahəsində
fəaliyyəti”, “Heydər Əliyev Fondu”, “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” və
digər dəyərli məlumatlar Azərbaycan və xarici dillərdə təqdim olunur.
Kitablarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, dövlətimizin milli
maraqlarını rəhbər tutan zəngin çoxşaxəli elmi, humanitar-siyasi fəaliyyəti
sosioloji və politoloji rakursdan təhlil olunur. Nəşrlərdə, həmçinin birinci
xanım Mehriban Əliyevanın xeyriyyəçilik, xalqlar və mədəniyyətlərarası
əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələri yer alıb.
Virtual sərgidə nəşrlərlə yanaşı, yubilyarın bioqrafiyası, təltifləri, mükafatları
və fəxri adları, eləcə də ölkənin Birinci vitse-prezidentinin iştirak etdiyi
tədbirlər, görüşlər, müsahibələrindən fotoşəkillər də öz əksini tapıb.
Qeyd edək ki, oxucular MEK-də təşkil edilən eyniadlı ənənəvi sərgidə
nəşrlərlə yaxından tanış ola bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)