Azərbaycan gəncləri arasında kitab oxuyanlar kifayət qədər deyil!

Image

Bir çox müşahidəçilər deyir ki, Azərbaycanda gənclər Azərbaycan dilindən daha çox türk, rus və digər dillərdə olan kitabları oxumağa üstünlük verirlər. Son dövrlərdə geniş yayılmış bu dəb gənclərimizi Azərbaycan dilində olan kitabları oxumaqdan uzaqlaşdırır.


Mövzu ilə bağlı  Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, mütaliə hər bir şəxsin mənəvi aləminin zənginləşməsində, təfəkkürünün, eləcə də nitqinin inkişafında mühüm rol oynayır.


“Deyərdim ki, hər şey elə mütaliədən başlayır. Kitablar nitqimizin və dünyagörüşümüzün formalaşmasında əvəzolunmaz vasitədir. Gənclər bilməlidirlər ki, mütaliə həmçinin öz fikirlərini sərbəst və ətraflı ifadə etməkdə onlara yaxından kömək edir. Təəssüf ki, bu gün kitab oxumağa maraq azalıb, xüsusilə gənclər arasında mütaliə edənlərin sayı kifayət qədər deyil”, - o qeyd edib.


"Xarici ədəbiyyat nümunələri qüsurlu tərcümə edilir"


Direktor bildirib ki, gənclərimizi kitab oxumağa təşviq etməyin bir üsulu da yazıçılar öz əsərlərində digər dillərə məxsus cümlə tiplərini işlətməməsi olar:






“Düşünürəm ki, onlar dilimizin qrammatik quruluşuna uyğun qısa və anlaşıqlı cümlələrdən istifadə edərlərsə, yazdıqları əsərlərin üslubu aydın və səlis olarsa, gənclərimiz daha çox kitab oxumaq istəyəcəklər. Hər bir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə bağlı, eyni zamanda qloballaşan dünyanın təfəkkür səviyyəsinə uyğun yetişməlidir. Bu prosesdə həm dünyaya inteqrasiya, həm də milli-mənəvi dəyərlərə sadiqlik məsələsi əsas olmalıdır. Ədəbiyyat adamları müraciət etdikləri mövzudan asılı olmayaraq bu məqamları da nəzərə almalı və kitab oxuyan gəncin müəyyən vaxtını həmin kitabla keçirdiyini unutmamalıdırlar”.

Müsahibimiz qeyd edib ki, son dövrlər gənclərimizin kitaba olan marağının azalmasının bir səbəbi də xarici ədəbiyyat nümunələrinin qüsurlu tərcüməsidir:


“Təəssüf ki, bu gün xarici ədəbiyyatın tərcüməsi öz dilimizdən çox tərcümə edilən dilin qayda-qanunlarına uyğunlaşdırılır. Məsələn, ingilis ədəbiyyatından bir əsər dilimizə tərcümə olunursa, ingilis dilinə xas olan cümlə quruluşlarından geniş istifadə olunur. Bu isə həmin tərcümələri edən şəxslərin Azərbaycan dilinin sabit sintaktik quruluşuna dərindən bələd olmadıqlarını göstərir. Ədəbiyyatımızda ən vacib məsələlərdən biri də üslub fərqliliyidir. Frazeoloji birləşmələrin düzgün tərcümə edilməməsi, daha çox hərfi tərcümələrə üstünlük verilməsi və s. bu kimi məsələlər əsərin dilini ağırlaşdırır. Əgər tərcümə olunmuş ədəbiyyat nümunəsinin dili oxunaqlı, üslubu sadə deyilsə, gənc oxucunu özünə cəlb edə bilməyəcək. Əsərlərdə belə tərcümə xətalarının olması səbəbindən gənclər arasında xarici ədəbiyyatı, xüsusilə türk, rus və digər dillərdə olan kitabları oxumağa maraq artır. Yaxşı tərcüməçi yalnız tərcümə olunan dilin deyil, tərcümə edilən dilin də qrammatik xüsusiyyətlərini və lüğət tərkibini mükəmməl bilməlidir. Həmçinin tərcümə etdiyi əsərin ilk oxucusu olmalıdır ki, yanlışları vaxtında duya bilsin”.


"Yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür"

Sevinc Əliyeva vurğulayıb ki, bu gün yazıçılarımızın üzərinə böyük məsuliyyət düşür:


"Çünki biz artıq Qarabağlı Azərbaycanın vətəndaşlarıyıq. Yeni yaranan ədəbiyyat nümunələri də Vətənini sevən, intellektli, savadlı gənclərin yetişdirilməsində mühüm rol oynayır. Unutmaq olmaz ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri dilimizi əsrlər boyu ərəb və fars, rus və Avropa dillərinin mənfi təsirlərindən qorumağı bacarıblar. Bu günün  yazıçısı da dilimizi yad təsirlərdən qorumalı, gələcək nəsillərə düzgün şəkildə ötürməlidir. Mən yazıçılarımızdan, ali və orta ixtisas müəssisələrində çalışan müəllimlərimizdən xahiş edirəm ki, şagirdlərimizə, tələbələrimizə kitabları və ədəbiyyatı sevdirsinlər, onlarda mütaliəyə maraq oyatsınlar”.(modern)








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30