Jalə Əliyeva 91 yaşlı Hüseyn Həsənovu və ömür-gün yoldaşı Minurə xanımı evlərində ziyarət edib
Bu gün ilk dəfə deputat seçilərkən vəkilim olmuş İkinci Dünya müharibəsi iştirakçısı, əmək veteranı, rayon veteranlar şurasının keçmiş sədri, tanınmış ziyalı, ağsaqqal, 91 yaşlı Hüseyn Həsənovu və ömür-gün yoldaşı Minurə xanımı evlərində ziyarət etdik. Allah hər ikisinə uzun, sağlam ömür versin. Maşallah, Hüseyn dayı canlı ensiklopediyadır. Dövlətinə, Prezidentinə çox sadiq insandır! Ulu Öndər Heydər Əliyev pərəstişkarıdır. Evinin divarlarını Ulu Öndərin Zərdaba gəlişini əks etdirən fotolar bəzəyir. Hüseyn dayını yaxından tanıyanlar bilir ki, o inandığı, sevdiyi şəxslərə uğur diləyərkən, həmin özünə xas bir tərzdə, yüksək intonasiya ilə həmin şəxsin adını, familiyasını çəkərək "Get, yaşa!" deyir. Növbəti dəfə də onun xeyir-duasını almaq, dilindən "Get yaşa, Jalə Əliyeva!" ifadəsini eşitmək çox sevindirici və qürurverici idi.
Gununxeberı.az