Azərbaycan və Özbəkistan arasında etibarlı münasibətlərin göstəricisi

Image



     Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il 22-23 avqust tarixlərində Özbəkistanda rəsmi səfərdə olmuşdur. Bu səfər, eləcə də avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri və  bununla bağlı  cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat xalqlarımız və dövlətlərimizin tarixinə yeni səhifələr yazmışdır.

      Qeyd etmək istəyirəm ki, prezident İlham Əliyev son iki ildə Özbəkistana beş dəfə səfər etmişdir və hər bir səfər dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Möhtərəm prezidentimiz mətbuata bəyanatında bu münasibətlərin mühüm geosiyasi amil olduğunu vurğulayaraq demişdir: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”. Prezident istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının Azərbaycana qardaş dəstəyindən söz açaraq bildirmişdir ki, Özbəkistan ilk ölkədir ki, prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etmişdir. Bir il əvvəl, avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəb açılmışdır ki, bu, Azərbaycan və Özbəkistan arasında gözəl münasibətlərin simvoluna çevrilmişdir.

         Müttəfiqlik münasibətləri haqqında müqaviləni iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd kimi dəyərləndirən prezident İlham Əliyev demişdir: “İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Daşkənddə keçirilən biznes-forum  layihələrlə çox zəngin olmuş,  20 istiqamət üzrə yeni təşəbbüslər irəli sürülmüşdür. Bu zaman Özbəkistanla Azərbaycan arasında ən yaxşı siyasi konyunkturanın mövcudluğu və bunun iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biri olduğu xüsusi qeyd edilmişdir. Münbit investisiya mühitini təmin etmək üçün sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesi sahələri üzrə investisiya proqramları müəyyən olunmuş, Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılmış, biznes layihələrinin informasiya dəstəyinin təminatı ilə bağlı məsələlər gündəmə gəirilmişdir. 

         Möhtərəm prezidentimiz İlham Əliyev   öz çıxışında Azərbaycanın suverenliyinin tam təmin olunmasını bir daha dünyaya bəyan edərək: “Təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir”, - demiş və “Böyük Qayıdış” proqramının kifayət qədər genişmiqyaslı olmasını vurğulayaraq  bu istiqamətdə görülən və görüləçək işlərdən də danışmışdır.

      Düşünürəm ki, Prezident İlham Əliyevin Özbəkistana bu səfəri Azərbaycan və Özbəkistan arasında etibarlı münasibətlərin göstəricisi kimi tarixə düşəcəkdir.


Əməkdar müəllim Kəmalə Əliyeva

Xəzər rayonu, 234 №-li tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30