"Yaxın Şərq böyük bir partlayış astanasındadır, Avropanın ortasında ağır müharibə gedir və biz iki müttəfiqimizlə kəskin toqquşmadayıq, bizi artıq bir dəfə məhv edən yeni müharibə gözləyir".
"Gununxeberı.az " xəbər verir ki, bu barədə erməni politoloq Vahe Hovhannisyan açıqlayıb.
Onun sözlərinə görə, bunun bir nömrəli günahkarı Paşinyan hökumətidir: "Bu hakimiyyət ölkəyə tarixi fəlakətlər gətirib. Biz bu gün mənasız dövlətik və buna görə bizi bağışlamayacaqlar, o mənasızlıqdan istifadə edəcəklər...
Cəmiyyətimizdə ictimai hisslər var ki, dövlətçiliyimiz yoxdur, bu o deməkdir ki, biz o vəziyyətə gələ bilərik. Gəlin özümüzə yan tərəfdən baxmağa çalışaq. Müharibədən sonra bu xalq ayağa qalxa bilmir, 44 günlük müharibədən 4 il keçir və bu xalqın seçilmiş məmurları öz millətləri üçün müharibədən sonra yenidənqurma layihəsi hazırlaya bilmirlər". Unıkal.org