Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd Göydəniz Qəhrəmanovun seşicilərlə görüşü davam edir
Göydəniz Qəhrəmanov : Millət vəkilliyinə namizədliyimi irəli sürdyüm doğma Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən olan vətəndaşlarla daha bir görüşmüz baş tutdu.
İlk olaraq əvvəlki görüşlərimizdə olduğu kimi Vətən müharibəsi dövründə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik
Görüş zamanı sakinlərə müxtəlif dövrlərdə çalışdığım sahələr üzrə fəaliyyətim və əldə etdiyim uğurlardan danışdım. Daha sonra platformam çərçivəsində irəli sürdüyüm gələcək planlarım haqqında məlumat verdim. Həmçinin seçicilərimin müxtəlif mövzularda mənə ünvanladıqları sualları cavablandırdım, təkliflərini dinlədim.
Görüşdə iştirak edən Veteran Qadınlara Dəstək İctimai Birliyinin rəhbəri Radə Abbas parlaq gələcək və inkişaf üçün səs vermənin vacibliyinə toxunaraq qarşıdan gələn parlament seçkilərində sakinləri fəal iştirak etməyə, səslərini layiqli namizədə verməyə çağırdı