YAP tərəfindən namizədliyi irəli sürülmüş 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd Samir Vəliyev seçicilərlə növbəti görüşünü keçirib
YAP tərəfindən namizədliyi irəli sürülmüş 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd Samir Vəliyev seçicilərlə növbəti görüşünü keçirib.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyevin Nərimanov rayonu, N. Nərimanov və İ. Dadaşov küçələrindəki ünvanlarda yaşayan seçicilərlə görüşüb.
Deputatlığa namizəd Samir Vəliyev məhəllələrdə keçirdiyi görüşlər zamanı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqda geniş məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu isə o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaqdır.
Samir Vəliyev, həmçinin, seçicilərin fikirlərini dinləyib, onların problemləri ilə tanış olub, həlli istiqamətində qeydlər götürülüb. Namizəd hər kəsi 1 sentyabr tarixdə keçiriləcək seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıbYap.org-a istinadən