Deputatlığa namizəd Vüqar Rəhimzadənin seçicilərlə görüşləri davam edir
Reputatlığa namizəd Vuqar Rəhimzade :Azərbaycan Partiyasının 6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə deputatlığa namizədi olaraq avqustun 23-də Culfa rayonunun Yaycı, Dizə, Şurud və Gal kəndlərindən olan seçicilərlə görüşlərim oldu.
Əvvəlkilər kimi bu görüşlərim də yüksək fəallıq şəraitində keçdi. Bu fəallığa və xoş münasibətə görə hər birinizə ürəkdən təşəkkür edirəm, əziz seçicilər!
Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Yayçı kəndindən olan şəhidlər Daşqın Rzalı, Sahib Məmmədov, Rəşad Hüseynli və Sənan Məmmədovun məzarlarını, şəhid Məzahir Nəcəfovun büstünü və kənddəki “Şəhidlər bulağı”nı ziyarət etdim.Yap.orga-a istinadən