Aqya Məmmədovun seçicilərlə görüşləri davam edir
Qaya Məmmədov :Seçkiqabağı təşviqat çərçivəsində Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində bir qrup ağsaqqalla səyyar görüş keçirdik. Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini Əli Qasımov və digər hörmətli ağsaqqallarımızın öyüd-nəsihətlərini dinlədik, seçki prosesinə dair qaldırdıqları məsələləri müzakirə etdik və suallarını cavablandırdıq. Həmçinin, ağsaqqallarımızla birgə həmin küçədə şəhid Muxtar Qasımlı və şəhid Orxan Qəhrəmanovun əziz xatirələrinə ucaldılmış bulağa baş çəkdik