“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı konfrans keçirildi

Image

23 avqust 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə

“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində sayca üçüncü ümumrayon tədbiri

keçirildi. “Su: Yaşıl dünyanın həyat mənbəyi” başlıqlı tədbirdə RİH başçısının

müavinləri Vəzir Səfixanov və İsmayıl Əliyev, “Su və Meliorasiya Elmi Tədqiqat

İnstitutu” publik hüquqi şəxsin "Su təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları"

şöbəsinin müdiri Hamlet Fətdayev və “Meliorativ torpaqşünaslıq” sektorunun müdiri,

Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyeva, Pirallahı rayon Sukanal

İdarəsinin rəhbərliyi və əməkdaşları, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon

ərazisində fəaliyyət göstərən səhiyyə, ümumtəhsil, mədəniyyət və sənaye

müəssisələrinin, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak

etdilər.

Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi

bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla

yad edilməsi və mövzu ilə əlaqədar video-çarxın nümayişi ilə öz işinə başladı. Daha

sonra RİH başçısının birinci müavini Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq,

konfransın RİH başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planına uyğun olaraq

keçirildiyini və müasir dünyamız üçün ən qlobal problemlərdən biri olan su

ehtiyatlarının tükənməsi probleminə diqqət çəkmək məqsədi daşıdığını bildirdi.

Vurğulandı ki, su qıtlığı aclıq, xəstəliklər, iqtisadi tənəzzül və hətta müharibələrə yol aça

bilər. Buna görə də hər ötən gün suyun qorunması məsələsi daha da əhəmiyyətli bir hal

alır. Natiq qeyd etdi ki, Pirallahı rayonu da uzun illər içməli su problemi ilə üzləşən

bölgələrdən biri olmuşdur. Rayon, 150 illik tarixə sahib olmasına baxmayaraq, yalnız

2017-ci ildə, ölkə başçısının xüsusi diqqət və qayğısı və yekunda şəxsən iştirakı

nəticəsində içməli su ilə təmin olunmuşdur. Buna qədər qəsəbəyə Zirə quyu zonasından

həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilir, Pirallahı qəsəbəsinin sakinləri

içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin etməyə məcbur

olurdular. V.Səfixanov onu da vurğuladı ki, su problemlərinin həlli yalnız milli səylərlə

məhdudlaşa bilməz. Bu problemlərin həlli üçün beynəlxalq həmrəylik və əməkdaşlıq

mütləqdir. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29, iqlim maliyyəsi və beynəlxalq

əməkdaşlıq məsələlərinin müzakirəsi üçün ideal bir platforma olacaqdır. Natiq daha sonra

rayon ərazisində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verdi.

Daha sonra “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin "Su

təchizatı və kanalizasiya sistemlərinin tədqiqatları" şöbəsinin müdiri Hamlet Fətdayev

çıxış edərək, son illərdə ölkəmizdə sudan səmərəli istifadənin səmərəliliyinin artırılması

və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan

tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi. Bu

istiqamətdə dövlətin birbaşa dəstəyi ilə iri layihələrin icra edildiyini bildirən Natiq

nəticədə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə

təminatının müasirləşdiyi və yaxşılaşdığını qeyd etdi. Nitqinin sonunda H.Fətdayev,


suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılmasının

vacibliyini qətiyyətlə vurğuladı.

Növbəti olaraq, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin

sektor müdiri, Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhanə Şahmalıyeva söz aldı

və natiq ölkəmizin yeraltı və yerüstü su ehtiyatları barədə geniş nitqlə çıxış etdi.

Vurğulandı ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə

müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Bildirildi ki,

ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar

təşkil edir. Yerüstü su ehtiyatları isə əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının

67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında

formalaşır.

Yekun olaraq, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər

şöbəsinin müdir müavini Arzu Əliyeva və "İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"

PHŞ-nin Pirallahı rayon Sukanal İdarəsinin əməkdaşı, Əməyin təşkili üzrə mühəndis

Zaur Əliyev çıxış edərək, ölkəmizdə su ehtiyatlarının idarə edilməsi məqsədilə müasir

texnologiyaların tətbiqi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində

addımlar atıldığını bildirdi. O da qeyd edildi ki, cari il ölkəmiz çox böyük və mötəbər bir

tədbirə ev sahibliyi edəcəkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının

Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ölkə

başçımızın uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm də

xaricdə apardığı Böyük Ekoloji siyasətinin bəhrəsidir. Bu tədbir dünyanın müasir

gündəmində ən aktual məsələlərdəndir.

Tədbir mövzu ətrafında sualların cavablandırılması ilə sona çatdı.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30