Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçicilərlə növbəti görüşü keçirilib -Fotolar

Image

VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən olan seçicilərlə növbəti görüşünü keçirib.


Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə növbəti görüş Maştağa qəsəbəsindəki parkda baş tutub.


İlk öncə deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin seçki platforması seçicilərə təqdim edilib.


Eldar Quliyev seçicilərlə artıq növbəti görüşünün səmimi bir ab-havada keçdiyini qeyd edib. Bildirib ki, bu Azərbaycanın hər yerində olduğu kimi Bakıətrafı kənd və qəsəbələrdə inkişaf, sosial-iqtisadi islahatlar uğurla icra edilib. Ölkəmizin hər yerində olan inkişaf dinamikası insanların sosial rifah halına da müsbət təsir göstərib. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsi olduğu qeyd edilib. Vurğulanıb ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan bu gün regional və qlobal miqyasda söz sahibinə çevrilib. Ümummilli Lider Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iləölkəmizin dünyadakı nüfuzu gündən-günə artır. Bakı artıq mötəbər tədbirlərin məkanı kimi xarakterizə edilir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri Azərbaycana, cənab Prezident İlham Əliyevə göstərilən növbəti etimadın və yüksək hörmətin bariz nümunəsidir”.


Deputatlığa namizəd, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən birgünlük antiterror tədbirlərinin nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını vurğulayıb: “Artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda nəhəng layihələr icra edilir, 30 ilə yaxın Ermənistanın işğalı, ərazilərdə erməni vandalları tərəfindən həyata keçirilən barbarlığın izləri silinir, bu torpaqların əsl sahiblərinin geri dönərək əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışını təmin edəcək işlər icra edilir. Qarabağ və Şərqi Zəngəzurun cənnətməkan bir diyara çevrililməsi üçün onun bütövlükdə Azərbaycanın iqtisadi coğrafiyası ilə bağlarının bərpasına xidmət edən mühüm layihələr icra olunur. Azad edilmiş torpaqlarımızda bu gün ağıllı şəhər, ağıllı kənd konsepsiyasına uyğun olaraq “yaşıl enerji” layihələri uğurla həyata keçirilir.


Maştağadakı mərkəzi parkda seçicilərlə səmimi söhbət aparan Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev bir sıra təklif və problemləri dinləyib, onların həlli istiqamətində bundan sonra da ardıcıl olaraq addımlar atılacağını vurğulayıb.


Bilgəh, Maştağa, Zabratdan olan seçicilər Eldar Quliyevə təşəkkürlərini bildiriblər.


Vurğulayıblar ki, Eldar müəllim deputat olduğu dönəmlərdə onların hər bir müraciətinə diqqətlə yanaşıb və qaldırılan hər bir məsələnin həlli istiqamətində öz köməkliyini göstərib. Seçicilər bir daha əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar  Quliyevə səs verəcəklər. 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30