“Elə səsimi sizə verəcəyəm” - Gənc namizəd evlərə bir-bir baş çəkir - Video
88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində Şamaxının I Cabanı və II Cabanı kəndlərindən olan seçicilərlə görüşüb.
“Gununxeberı.az Qafqazinfo”-a ıstınadin xəbər verir ki, gənc namizəd kənd ağsaqqal və ağbirçəkləri ilə söhbət edib, onların xeyir-duasını alıb.
O, seçicilərini sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Ş.Sərdarlı 12 aprel 1997-ci ildə Şamaxı rayonunun Meysəri kəndində anadan olub. 2014-cü ildə şəhid əmisi Aslan Sərdar oğlu Şirinov adına Şamaxı rayon Meysəri kənd tam orta məktəbini bitirib və Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” ixtisasına transfer olunub, 2020-ci ildə məzun olub. Həmçinin İstanbul Esenyurt Universitetinin bir sıra təlim və inkişaf proqramlarını başa vurub.
O, bir sıra tanınmış media orqanlarında müxbir, redaktor vəzifələrində işləyib. Bakı Slavyan Universitetinin, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətində fəaliyyət göstərib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, ADU-nun Tələbələrlə İş və Tədbirlərin təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb.
Hərbi xidmətini Vətən müharibəsi dönəmində Şuşa şəhərində başa vurub.
Ş. Sərdarlı 2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzi MMC-ni təsis edib, hazırda direktor vəzifəsində çalışır.