"Mehriban Əliyeva öz adını milli dövlətçilik tariximizin ən parlaq səhifəsinə yazıb"

Image

Mehriban Əliyeva:

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Şərəfli və mübarizə dolu tarixi inkişaf yolu keçərək, bütün sınaqlardan daim alnıaçıq və üzüağ çıxan Azərbaycan qadını bəşəriyyət üçün hələ də oxunmamış sirli bir kitabdır. Zərif əlləri ilə ipək saplarla dünya mirasının nəfis nümunəsi olan xalılara əsrarəngiz ilmələr vuran Azərbaycan qadını naxışlarla ümid dolu arzu və diləklərini gələcək nəsillərə çatırır... Bu gün Azərbaycan qadını yüksək dövlət pillələrində çalışır, bir-birindən gözəl sənət əsərləri yaradır, kitablar və monoqrafiyalar yazır, qavalı, tarı, sazı dilləndirir.. O, sonsuz Ana sevgisi ilə körpəsinə sığal çəkir, yuvasını isidir. Ən əsası isə, doğma Vətənimizin hər qarışı uğrunda canından keçməyə hazır olan qəhrəman və igid oğullar, yenilməz sərkərdələr böyüdür...

XXI əsrə ən yüksək nailiyyətlərlə qədəm qoyan Azərbaycan qadını, heç şübhəsiz, müstəqil respublikamızda demokratik cəmiyyətin həm də aparıcı qüvvələrindən biridir. Sirr deyil ki, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzda və uğurlarında,ölkəmizin davamlı inkişafında qadınlarımızın müstəsna rolu vardır. Milli dövlətçiliyimizin daha da gücləndirilməsi uğrunda mübarizədə və ölkəmizdə vətəndaş həmrəyliyinin formalaşmasında qadınlarımız daim ön sıralarda getmiş, əzmkarlıqları ilə məqsəd və amallarına daima sadiq qalmışlar. Bəli, Azərbaycan qadını yenilməzdir! O, yorulmaq bilmədən çalışır, çünki köksündəki ürək Vətən sevgisi ilə çırpınır. Milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunub saxlanması, yaşadılması və gələcək nəsillərə çatdırılması kimi əsas vəzifələri ilə yanaşı, dünyavi mahiyyət kəsb edən mühüm işlərin öhdəsindən də ləyaqətlə gəlir Azərbaycan qadını!

O, Ana Vətəndir,Ana Torpaqdır, Ana Dilidir, həm də fədakarlığı ilə ailə ocağına bağlı müqəddəs və ilahi varlıqdır. Məhz bu səbəbdəndir ki, sosial yükünün ağırlığına baxmayaraq, O, cəmiyyətin mənəvi dayağı, döyünən ürəyi, vuran nəbzidir! Çünki O, Azərbaycan qadınıdır!

Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevin söylədiyi kimi, "Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər, Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiq edir".

Bu gün zərif və güclü, sədaqətli və qürurlu, təmkinli və təvazökar, səmimi və sadə, ədalətli və prinsipial, xeyirxah və humanist, məğrur və əzmkar Azərbaycan qadını dedikdə, ilk olaraq, göz önündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, İSESKO-nun Xoşməramlı səfiri möhtərəm Mehriban xanım Əliyevanın möhtəşəm obrazı canlanır. İlk dəfə öz nəcib və şərəfli amalını açıqlayarkən, Mehriban xanımın "Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insanpərvərlik və mərhəmətlilikdir." bu səmimi fikirləri ölkə ictimaiyyəti tərəfindən çox böyük məmnunluqla qarşılanmışdır. Elə ilk gündən də müdrik Azərbaycan xalqı özünün vüqarlı və ləyaqətli, sözünə sadiq qızına inandı və ona etibar etdi, etimad göstərdi, hər zaman onu dəstəklədi, arxa-dayaq oldu. Xalqının layiqli qızı kimi, Vətən naminə gərgin əməyi və yorulmaz fəaliyyəti ilə möhtərəm Mehriban xanım Əliyevanın adı milli dövlətçilik tariximizin parlaq səhifələrinə qızıl hərflərlə yazıldı. Bununla da, O, çağdaş Azərbaycanın ən Görkəmli və İlk Qadın Dövlət Xadimi kimi, həm də əbədi olaraq xalqımızın qan yaddaşında həkk olundu. Bu baxımdan, hər bir Azərbaycan və Türk qadını üçün örnək olan, möhtəşəm və zəngin hadisələrlə dolu "ömür kitabı" nə qədər deyilsə və yazılsa, nə qədər təqdir və təbliğ olunsa da, Mehriban xanım Əliyevanın Vətən, Dövlət və Xalq qarşısında misilsiz xidmətlərini tam dolğunluğu ilə əhatə etmək qeyri-mümkündür. Əminik ki, bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş və Azərbaycan qadınının şərəfini zirvələrə ucaltmış bu əzəmətil Xanımın zəngin mənəvi aləmini əks etdirən həyat yolu və fəaliyyəti haqqında gələcəkdə daha sanballı tədqiqatlar aparılacaq, yeni əsərlər qələmə alınacaq, kitablar nəşr olunacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva öz zəkası və məramı, əməli və fəaliyyəti, sözü və söhbəti ilə hər zaman zirvədə olmağına baxmayaraq, o, öz alicənablığı və sonsuz sadəliyi ilə həm də doğulduğu Vətən torpağına, mənsub olduğu xalqına, boy aldığı soyuna şərəf gətirən görkəmli dövlət xadimidir. Sonsuz məğrurluğu, müdrikliyi, hər işdə uzaqgörənliyi, nəhayət, insansevərliyi, nəcib və həssas qəlbi, gözəlliyi və nurlu baxışları ilə xalqın sonsuz sevgisini qazanmış müasir Azərbaycan Dövlətinin ilk Birinci Xanımı Mehriban xanım Əliyeva sanki Massagetlər hökmdarı Tomris, Atabəylər dövlətində Möminə xatun, Qara Qoyunlularda Qara Yusifin xatunu Əleykə-Könüldaş, dünyanın ilk diplomat qadını, Ağqoyunluların Sara xatunu, Xanqızı Xurşidbanu Natavan kimi Azərbaycanın onlarla qüdrətli qadın tarixi şəxsiyyətlərini özündə təcəssüm etdirir və əməli ilə bu xatunların yarımçıq qalmış arzu və diləklərini gerçəkləşdirir. Gördükləri xeyirxah işlərlə milli dövlətçilik tariximizin şanlı səhifələrinə yazılmış bu xatunlarımız, bir sıra hallarda xaqan atalarının, qardaşlarının, həyat yoldaşlarının fəaliyyətinin kölgəsində qalmışdır...

Bu gün isə Mehriban xanım həyata keçirdiyi bütün layihələrlə sanki bu Xatunlara həm də yenidən nəfəs və ruh verir. Məhz möhtərəm Mehriban xanım Əliyeva ümmanlara sığmayan əməlləri ilə, bugün milli dövlətçilik tarixində məğrur və yenilməz Azərbaycan qadınının obrazı kimi qəbul edilir. Bu mənada tarixin qızıl səhifələrinə yazılan Mehriban xanım Əliyevanın şərəfli ömür yolu bu gün də, gələcək üçün də hər bir azərbaycanlı qadını üçün məktəb olacaqdır.

Allah-taala Mehriban xanım Əliyevaya dünyanın bütün gözəlliklərini bəxş etmişdir!

O, böyük müəllim və alim, yazıçı Mir Cəlal Paşayevin və böyük nasir və ədib Nəsir İmanquliyevin ocağından pay almışdır. Mehriban xanımın elm xəzinəsindən və zəngin mənəvi keyfiyyətlərindən bəhrələndiyi valideyinləri AMEA-nın həqiqi üzvü, fizika, texnika və kosmonavtika elmləri sahəsində tanınmış alim Arif Paşayev və nüfuzlu şərqşunas alim, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş, nəcib insan Aida xanım İmanquliyeva kimi görkəmli şəxsiyyətlərdir. Mehriban xanım Əliyeva milli dövlətçilik tariximizin intibahı sayılan müasir müstəqil dövlətimizin qurucusu və banisi dahi Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, ictimai xadim akademik Zərifə xanım Əliyevanın ocağının gəlinidir. Bu ocaq Azərbaycan xalqının iki minillik tarixinin zəfər salnaməsini yazmış, xalqımızı dünyaya Qalib Xalq kimi tanıtmış, çağdaş dünyanın yenilməz və qüdrətli LİDERlərindən biri,Müzəffər Ali Baş Komandan, Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevi yetiribdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin, valideynləri tərəfindən “Mehriban” adlandırılması da, məhz bu möhtərəm və mötəbər Xanımın dünyaya ancaq xeyirxah əməllər üçün gəldiyinə, kimsəsizə dayaq və çarəsizə çarə olmaq missiyasına işarədir. Ömür yolunun ilk cığırlarını açandan, amalı və həyat kredosu bəlli olan Mehriban xanıma Birinci vitse-prezidentlik vəzifəsini etibar edən Prezidentimiz də, onun alicənablıq və xeyirxahlığa köklənmiş amalını qiymətləndirərək, millət üçün gözəl bir seçim etmişdir.

Həyatda hər kəs taleyinə düşən ömür payını özü yaşayır. Mehriban xanım da özünəməxsus zəngin həyat yolu və məramı ilə İlahinin onun üçün yazmış olduğu alın yazısı və tale qismətini daha bənzərsiz etmişdir. Elə bu səbəbdən də Mehriban xanım xalqı qarşısındakı böyük xidmətlərinə, eləcə de, dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrinə görə, Respublikamızın və dünyanın çox yüksək və ali mükafatlarına layiq görülmüşdür. Onun çoxşaxəli fəaliyyəti sərhəd tanımır. Bəli, elədir ki, var! Çünki Mehriban xanımın müdrikliyinin özəlliyi odur ki, o, ayrıseçkilik salmadan, yalnız və yalnız insanlığa, narahat dünyamızın humanist və tərəqqipərvər olmasına yönəlmişdir. Mehriban xanımı dünyanın başqa Birinci xanımlarından və tanınmış qadın dövlət xadimlərindən fərqləndirən xüsusiyyət də məhz budur. Onun çıxışlarının birində səsləndirdiyi "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan….bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir." fəlsəfi fikirlərini bugünkü dünyamız üçün ən güclü çağırış kimi qəbul etmək olar. Əslində, Azərbaycan xalqının bu vətənpərvər qızının həyata keçirdiyi layihələrin məqsəd və məramı sülh naminə bəşəriyyəti birliyə, dostluğa yönəldən, sivilizasiyaları dialoqa dəvət edən, Şərqlə Qərbi Böyük İpək Yoluna səsləyən çağırışlardır.

Möhtərəm Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri də yaratmış olduğu Fondun xətti ilə ümummilli Liderimiz Heydər Əliyevin zəngin, çoxşaxəli irsinin öyrənilməsi, tədqiq edilməsi, onun milli dövlətçilik ideyalarının yaşadılması, inkişaf etdirilməsi və yeni nəsillərə çatdırılmasıdır. Məhz Azərbaycanın Birinci xanımının rəhbərliyi ilə Fond tərəfindən bu günə qədər də misilsiz işlər həyata keçirilməkdədir. Gerçəkləşdirdiyi genişmiqyasli layihələri ilə özünə əbədiyaşarlıq qazanmış Azərbaycanın Birinci Xanımı xalqımızın qeyri-maddi və mədəni irsinə,milli-mənəvi dəyərlərimizə həm də yeni ahəng və çalar gətirdi. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi layihələr əsasında yüzlərlə orta məktəb binasının təməlinin qoyulması və bərpası kimi mühüm işlər görülmüşdür. Müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman qurğuları ilə təchiz edilmiş təhsil ocaqlarıa diqqət ayrılması maarif, mədəniyyət, elm sevdalısı möhtərəm Mehriban xanım tərəfindən elm və tərəqqiyə verilən yüksək qiymətdir. Belə möhtəşəm layihələr, hətta ən ucqar dağ kəndlərində, çadır şəhərciklərində, eləcə də, Vətənimizdə mövcud olan azsaylı xalqların yaşadığı bölgələrdə də gerçəkləşdirilir.

Bu bir həqiqətdir ki, insanı yaşadan, həyatın keşməkeşli yollarında büdrəsə də, onu yıxılmağa qoymayan ümid, inam və sevgidir. Bu üç neməti həyatdan küsgün körpə fidanlara bəxş edəndə isə, həyat müxtəlif rənglərə boyanır. Məhz bu səbəbdən də, Birinci Xanım ölkəmizdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərini qayğıkeş, mərhəmətli, gözəl bir Ana kimi, öz himayəsi altına almaqla, bu məsum yavruların qəlbində sabaha ümid çırağı yandırdı. Beləliklə də, humanizmə doğru atılan növbəti addım yeniləşən Azərbaycanın bir parçasına çevrildi.

Qeyd etmək lazımdır ki, Mehriban Əliyeva mədəniyyətimizin beynləlxalq aləmdə geniş təbliğinə istiqamətlənmiş, eləcə də, elm, təhsil, səhiyyə və idmanın inkişafına yönəldilmiş müxtəlif layihələri dəstəkləməklə yanaşı, həm də uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq və hərtərəfli biliklərə malik vətəndaş kimi, aydın düşüncəli yetişməsinə dair mühüm və böyük layihələrin müəllifi kimi də tanınır.

Sonsuz qürur və fəxarət hissi ilə deməliyik ki, doğma Qarabağımızın erməni işğalı altında olduğu dövrdə möhtərəm Mehriban xanım Əliyeva, istər ölkəmizdə, istərsə də, ölkə hüdudlarından kənarda ən mötəbər kürsülərdə Qarabağ həqiqətlərini və tariximizin qan yaddaşı və bəşəriyyət üçün ləkə olan Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaqla, insanlığın haqq və vicdan səsinə çevrildi. Onun dilə gətirdiyi ən gözəl “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” duası isə uzun illər Azərbaycan xalqının qəlbində kök salan müqəddəs arzuların ifadəsi idi.

Bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən, dünya mirasının bir parçası olan Azərbaycan xalqının mədəni irsinin qəddarcasına dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin təcavüzündən danışan Azərbaycanın Birinci xanımı Xoşməramlı Səfir kimi, bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırırdı. Mehriban xanımın rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə davamlı olaraq keçirilən mötəbər tədbirlərin hər birində Respublikamızın Birinci vitse- prezidenti Xanqızı Xurşud Banu Natavanın əmanəti olan Qarabağın görən gözü və səsi idi. Bütün bunların məntiqi nəticəsidir ki, Qarabağın dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ayrılmaz torpağı kimi qəbul edilməsində, möhtərəm Mehriban xanım Əliyevanın uğurla həyata keçirdiyi mədəniyyət diplomatiyasının böyük rolu oldu.

Rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyətinin Dostları" və "Heydər Əliyev" Fondlarının həyata keçirdiyi uğurlu layihələrlə, ölkəmizdə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin müdafiəçisi və himayəçisi kimi də tanınan Mehriban xanımın məhz əvəzsiz xidmətləri sayəsində, YUNESKO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğam sənəti əbədi olaraq, dünyanın maddi-mədəni inciləri sırasına daxil oldu. Mehriban xanımın bilavasitə təşəbbüsü ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin, eləcə də, Milli Xalçaçılıq Muzeyinin inşa edilərək, xalqın istifadəsinə verilməsi, mədəniyyətimizin inkişafına doğru atîlan növbəti mütərəqqi addım oldu. Ecazkar muğam sənətinin inkişafı və təbliği məqsədilə həyata keçirilən və Qarabağ həqiqətlərini "sənətin dili və səsin sehri" ilə dünyaya bəyan edən "Azərbaycan muğamları", "Qarabağ xanəndələri", "Muğam-Dəstgah", "Muğam Ensiklopediyası", "Muğam portalı"nın yaradılması, Azərbaycanın milli mədəniyyət tarixində yeni parlaq səhifə açdı. "Muğam Antalogiyası", "Muğam dünyası", “Qarabağ atları” kimi, onlarla layihələr, bundan başqa, keçirilən müxtəlif beynəlxalq konfranslar, festivallar, simpoziumlar Azərbaycan sənətşünaslıq və musiqişünaslığına əvəzolunmaz töhfələr bəxş etdi. Doğma Vətənimizin ayrı-ayrı bölgələrində, eləcə də, bəzi xarici ölkələrdə bir cox müqəddəs abidələrin və müxtəlif inanclara məxsus dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın əvəzolunmaz zəhməti və adı ilə bağlıdır. Nəcib əməlli Mehriban xanım Əliyeva həm Azərbaycanda, həm də beynəlxalq aləmdə mədəniyyətin, sənətin himayədarı və dostu kimi, böyük şöhrət və sonsuz rəğbət qazanmışdır.

Fəxrlə deyə bilərik ki, tarixin müxtəlif dönəmlərində qüdrətli şəxsiyyətlər, sərkərdə xaqanlar yetirən Azərbaycan qadını həm də, ən ağır döyüşlərdə həyat yoldaşına, igid oğluna arxa olmuş, onunla çiyin-çiyinə dayanmışdır. 44 günlük Vətən müharibəsində gecəsini gündüzünə qataraq, ömür-gün yoldaşı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, mənəvi dayaq və cəsur silahdaş kimi Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan Mehriban xanım Əliyeva ləyaqətli və fədakar Vətən övladı və sədaqətli həyat yoldaşı kimi də dillərdə dastan oldu! Qadın zərifliyinə baxmayaraq, ən təhlükəli məqamlarda belə, cəbhə bölgələrində və işğaldan azad olunmuş ərazilərdə Müzəffər Ali Baş Komandanımızla birgə hərbi hissələrdə qəhrəman Milli Ordumuzun əsgər və zabitləri ilə görüşən Mehriban xanım onların qələbə əzmini daha da artırmaq üçün xeyir-dualar verdi, qazilərə Bacı, şəhidlərə Ana oldu! Müzəffər Məğrurluğu, qüruru və əzəməti ilə O, dünya siyasətçi qadınları üçün də bir yenilməzlik rəmzinə çevrildi.

Məlumdur ki, bugün Qarabağın yenidən quruculuğu və bərpası ilə əlaqədar boyuk işlər görülməkdədir. Mehriban xanımın rəhbərlik etdiyi "Heydər Əliyev Fondu" tərəfindən, onun şəxsi təşəbbüsü ilə, işğaldan azad edilmiş bölgələrdə yüksəz zövqlü, bənzərsiz və əbədiyaşar layihələr həyata keçirilir. Heç şübhəsiz ki, böyük bir zəhmətin bəhrəsi olan bütün bu əzəmətli işlərin hər biri milli dövlətçilik tariximizin əfsanəvi səhifələrinə çevriləcəkdir.

Mehriban xanım Əliyevanın cəmiyyətimizin inkişafı naminə gördüyü mühüm işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını getdikcə, daha da artırmaqdadır.

Bu gün həm də Azərbaycan qadınının haqq səsi olan Mehriban xanım sülhün, barışın, qardaşlığın və insanpərvərliyin bir rəmzidir. O, hər dəfə mötəbər kürsülərdə bütün dünyaya üz tutub, onu tolerantlığa, bəşəri dəyərlərə və insan haqlarına sayğıya çağırır. Azərbaycanda və onun hüdudları xaricində həyata keçirdiyi hər bir layihəni özünün müqəddəs amalı hesab edən Mehriban Əliyeva, gördüyü hər bir işdən böyük zövq alır. Onun gördüyü bütün işlər, ilk növbədə, doğma Azərbaycanımızın parlaq gələcəyi naminə görülən işlərdir.

O, həssas, bulaq suyu kimi, təmiz urəyindən gələn harayı ilə Azərbaycan qadınının əsl obrazını dünyaya çatdırmaqdan yorulmur, usanmır. Mehriban xanımın özünəməxsusluğu, onun həyat fəlsəfəsindədir. Ilk baxışdan zərif görünən, lakin daxilən güclü, əzəmətli, vüqarlı olan Mehriban xanımın fikrincə, problemin böyüyü və kiçiyi olmur. Onun həyata baxışına görə, problem varsa, heç bir səbəb olmadan, heç nədən asılı olmayaraq, həll olunmalıdır. Məhz bu səbəbdəndir ki, ötən dövr ərzində böyük zəhməti və sonsuz əzmkarlığı ilə, eyni ahənglə əqidəsinə və amalına öz sadiqliyini nümayiş etdiribdir. Möhtərəm Mehriban xanım Əliyeva üçün insanların inamını, ümidini, etimadını və etibarını qazanmaq, onlara yorulmadan xidmət etmək ən böyük xoşbəxtlikdir. Onun gördüyü bütün işlər mahiyyətinə və əhəmiyyətinə görə tarixin təkcə bu günü üçün deyil, həm də gələcək nəsillər üçün də ərmağandır.

Bü gün mübaliğəsiz deyə bilərik ki, bütün dinlərə və sivilizasiyalararası dialoqlara etdiyi töhfələrinə, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli və mənəvi dəyərlərə olan ehtiramı ilə, Mehriban xanım həm də yeni minillikdə klassika ilə müasirlik arasında bir körpüdür! Dilindən, dinindən asılı olmayaraq, insanları bir-birinə sayğı ilə bağlayan körpü! Bütün varlığı, ruhu və duyğuları ilə Azərbaycanın, Şərqin və Türk dünyasının bir parçası olan Mehriban xanım Əliyeva bəşəri ideallara sədaqətlə xidmət edən dünya insanı, dünya vətəndaşıdır! Elə bir vətəndaş ki, onun üçün haqq-ədalət, insanpərvərlik daima önəmli və əsas olubdur. Ən uca Uğur Zirvəsinə ucalan İSESCO-nun Xoşməramlı Elçisi möhtərəm Mehriban xanımın həyat kredosu də məhz bu fəlsəfi düşüncələrdir.

Qəlbi qözəlliklə, insansevərlik və mərhəmətlə dolu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın arzuları öz xalqına tükənməzdir. Onun öz sözləri ilə desək, “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız-Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

İllər, əsrlər keçəcək, qərinələr bir-birini əvəz edəcək,çox şey dəyişəcək...

Dəyişməyən tək şey tarixi yaddaşlara əbədi həkk olunan xeyirxah əməllərdir. Uğurlu mədəniyyət və humanist diplomatiyası ilə Azərbaycanı dünyaya tanıdan, ülvi əməlləri ilə mərhəmətin canlı timsalına çevrilən,Vətəninə, Dövlətinə və Xalqına xidmətdən yorulmayan, qazandığı ümumxalq məhəbbəti ilə hər kəsin Mehribanı olan, ilk Birinci Xanım, İlk Birinci vitse-prezident və ilk görkəmli Qadın Dövlət Xadimi Mehriban Əliyeva artıq çoxdan öz adını milli dövlətçilik və müstəqillik tariximizin ən parlaq səhifəsinə yazıb.

Məlahət İbrahimqızı

Tarix elmlər üzrə fəlsəfə doktoru, VI çağırış Milli Məclisin deputatı

Dəyişməyən tək şey tarixi yaddaşlara əbədi həkk olunan xeyirxah əməllərdir. Uğurlu mədəniyyət və humanist diplomatiyası ilə Azərbaycanı dünyaya tanıdan, ülvi əməlləri ilə mərhəmətin canlı timsalına çevrilən,Vətəninə, Dövlətinə və Xalqına xidmətdən yorulmayan, qazandığı ümumxalq məhəbbəti ilə hər kəsin Mehribanı olan, ilk Birinci Xanım, İlk Birinci vitse-prezident və ilk görkəmli Qadın Dövlət Xadimi Mehriban Əliyeva artıq çoxdan öz adını milli dövlətçilik və müstəqillik tariximizin ən parlaq səhifəsinə yazıb.Yap.org-a ıstınadin Modern.az

Məlahət İbrahimqızı

Tarix elmlər üzrə fəlsəfə doktoru, VI çağırış Milli Məclisin deputatı

XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30