Soltan Mammadov: seçicilərimizlə görüş və müzakirələrimiz davam edir
Seçicilərimizlə görüş və müzakirələrimiz davam edir. Bu dəfə Mərdəkan qəsəbəsinin hörmətli ağsaqqalları ilə bir araya gəldik. Ağsaqqal sözünü, məsləhətini, tövsiyə və təkliflərini dinlədik, xeyir-duasını aldıq. Qəsəbədə görülməsi vacib olan işlər diqqət mərkəzində oldu. Xüsusilə də gənclərimiz arasında sağlam həyat tərzinin təbliği, boş vaxtlarının səmərəli keçirilməsi üçün imkanların genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, sosial məsələlərlə bağlı böyüklərimizin fikirlərini eşitdik. Səslənən təklif və çıxışlara münasibətimizi bildirdik, seçki platformamızda əks olunan əsas məqamlardan söz açdıq.
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, onun əhalisinin istək və arzuları bizə tanış və doğmadır. Lakin ağsaqqallarımızla keçiridiyimiz bu görüş, onların komandamıza dəstək və yardımlarını təklif etməsi bizim üçün çox dəyərlidir. Mərdəkanda seçicilərimizlə görüşməyə, onların maraqlı təklif və tövsiyyələrini dinləməyə davam edirik
Gununxeberi.az