Deputatlığa namizəd Soltan Mammadovun seçicilərlə görüşləri davam edir
Soltan Mammadov :Buzovna qəsəbəsinin sakinləri ilə budəfəki görüşümüz bir qədər fərqli formatda keçdi. Daha çox seçicilərimizi dinləmək, qəsəbənin gündəmində duran aktual məsələlərə onların baxışı və yanaşmasını öyrənmək, suallarını cavablandırmağa üstünlük verdik.
Hesab edirəm ki, bu yolla vətəndaşları maraqlandıran və narahat edən məsələlər barədə daha obyektiv məlumat almaq mümkündür. Eyni zamanda, seçici də namizədin onun suallarına cavabını, gözləntilərinə reaksiyasını öyrənmək imkanına malik olur. Kifayət qədər məhsuldar fikir mübadiləmiz oldu. Qarşıdakı günlərdə ünsiyyətimizi bu məcrada davam etdirəcəyik.
Gununxeberi.az