41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsinin deputatlığa namizədi Müşfiq Cəfərov Gəncə şəhərində "İmamzadə" dini kompleksində yerləşən şəhid məzarlarını ziyarət edib.
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar 41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsinin deputatlığa namizədi Müşfiq Cəfərov Gəncə şəhərində "İmamzadə" dini kompleksində yerləşən şəhid məzarlarını ziyarət edib. Qazi və şəhid ailələriylə görüşüb. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov da görüşdə iştirak edib.