Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir

Image

 

Təbliğat-təşviqat gündəliyində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İmamverdi İsmayılovun yap.org-a verdiyi müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- İmamverdi müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm ümumxalq Zəfərindən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?


- Hər bir seçki prosesi ölkədə mövcud olan ictimai-siyasi ab-havanın və mövcud reallıqların təqdimatıdır. Seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri də artıq müəyyənləşdirilən hədəflərə nail olunması və yeni çağırışların gündəmə gəlməsidir.


Cari il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkiləri keçirildi. Bu, təbii ki, dövrün çağırışı idi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, ötən il isə ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etdik. Dövlət başçısı İlham Əliyev bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində “Bu gün ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan haraya gəlmişik” sualını cavablandırarkən bu çağırışı etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.


Artıq dörd ilə yaxındır ki, tarixi Zəfərimizin yaratdığı reallıqlardan, Azərbaycanın regionda və beynəlxalq müstəvidə möhkəmlənən mövqeyindən, yeni əməkdaşlıq formatlarının müəllifi kimi yeni dostlar, tərəfdaşlar və yüksək nüfuz qazanmasından, böyük ailə kimi dəyərləndirdiyi Türk dünyasının birliyinə verdiyi töhfələrdən, Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsindən və digər möhtəşəm uğurlarımızdan qürurla bəhs edirik.


Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm daxili siyasət prioritetlərinin düzgün seçilməsi, həm də müasir çağırışlara uyğun səmərəli xarici siyasət həyata keçirilməsinin real, məntiqi və qanunauyğun nəticəsidir.


Bu gün ölkəmizin qarşısında dayanan vəzifələr yeni dövrün çağırışları və hədəflərini əks etdirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə uğurla başladıq, uğurla da davam edəcəyik.


Təbii ki, bu uğurlar qanunverici orqanda da yenilikləri, təkmilləşməni zərurətə çevirir. Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü cəmiyyətdə təqdirlə qarşılandı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri yeni dövrün çağırışı olmaqla Azərbaycanın demokratik inkişaf tarixində yeni səhifə açacaq.


- Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə hansı reallıqlar fonunda qatılır?


- Seçkilərə qatılan hər bir siyasi partiyanın seçki platforması onun uğurlarının və qarşıdakı dövr üçün hədəflərinin təqdimatıdır. Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə təqdim olunan seçki platformasında Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlərə diqqət yetirilir və qarşıdakı dövrün hədəfləri açıqlanır.


İnkaredilməz reallıqdır ki, ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar strategiyası Azərbaycanı modernləşdirib və idarəetmənin səmərəliliyini artırıb. İdarəçilik sistemində təkmilləşmə uğurlarımızın davamlılığını şərtləndirən mühüm amillər sırasındadır. Yeni mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq.


Son 30 ilin uğurları əsasında qeyd edə bilərik ki, Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən ölkələri sırasında yer alır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlanğıcı qoyulan bu inkişaf yolu sonrakı dövrdə, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən çıxdı, beynəlxalq xarakter aldı. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bu gün artıq “yaşıl enerji”yə keçiddən bəhs edirik. Azərbaycan bu ilin noyabr ayında bu sahədə də təcrübəsini tərəfdaşları ilə bölüşəcək. Şübhə yoxdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla ev sahibliyi edəcəkdir. Bu mötəbər beynəlxalq tədbir ölkəmizin sülh və tərəqqi tərəfdarı olduğunu, qlobal məsələlərin həllində fəal rol oynadığını bir daha nümayiş etdirəcək, Azərbaycan reallıqlarının təqdimatı üçün daha bir mühüm platforma olacaqdır.


Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Hazırda ölkəmiz bu hesabatlarda yüksək rəqabət qabiliyyətinə malik dövlət kimi mövqeyini möhkəmləndirir. Partiyamızın seçki platformasında qeyd edildiyi kimi, müasir dövrdə müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir. Uğurlu sosial-iqtisadi siyasətin və sistemli islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. Ölkəmiz bir çox postsovet dövlətləri ilə müqayisədə həm ümumi iqtisadi gücünə, həm də milli iqtisadiyyatın kəmiyyət və keyfiyyət göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutur


İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə xidmət edir. Həmin ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur, sənaye parkları yaradılır. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ildə 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub.


Azərbaycanın uğurlarında öz payı - məxsusi rolu olan Yeni Azərbaycan Partiyasının yeni Proqramında, həmçinin “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı əsasında təqdim edilən seçki platformasında da Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Platformada qeyd edildiyi kimi, Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi. Bu gün qürur və iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü yeni Azərbaycanın parlaq gələcəyinə töhfə verəcəkdir.


Qarşıda duran bütün hədəflər yüksək səviyyədə yerinə yetirilir, gələcəyə inamla addımlayırıq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.


- İmamverdi müəllim, Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçicilərə hansı çağırışı edərdiniz?


- Azərbaycan xalqı 2024-cü ilin fevral ayında keçirilmiş prezident seçkilərində yeni dövrün uğurla davam etməsinə öz birmənalı dəstəyini ifadə etdi. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi xalqın Heydər Əliyev yoluna, dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinə dərin inam və etimadını bir daha nümayiş etdirdi.


Yeni Azərbaycan Partiyası daim Azərbaycanın uğurlu gələcəyi üçün çalışır. Partiya Heydər Əliyev ideyalarının həyata keçirilməsinə öz layiqli – dəyərli töhfələrini verir. Seçicilərə əsas çağırışım budur ki, sentyabrın 1-də seçki məntəqələrinə gələrək öz səsvermə hüquqlarından istifadə etsinlər, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olsunlar. Yeni və daha qüdrətli Azərbaycan naminə birliyimizi, həmrəyliyimizi bir daha nümayiş etdirək!








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30