Sevinc Fətullayevanın seçicilərlə görüşləri davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd olan Sevinc Fətullayevanın seçicilərilə silsilə görüşləri davam edir.
Gununxeberı.az xəbər verir ki, Sevinc Fətəliyeva Hövsan qəsəbəsində yaşayan seçicilərlə bir sıra görüşlər keçirib, fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Deputatlığa namizəd, həmçinin Vətən Müharibəsinin şəhidi Şahbazov Elnur Qədir oğlunun doğum günündə məzarını ziyarət edib, şəhidlərimiz Sənan Əhmədov, Muhammad Eissavi və Səxavət Talıbzadənin ailələrini də ziyarət edib.
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə daha bir görüş Hövsan qəsəbəsində yerləşən Mirzağa Əliyev adına Mədəniyyət Evində baş tutub.
Çıxışları zamanı deputatlığa namizəd Sevinc Fətullayeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir. Sevinc Fətullayeva göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. Modern.az