Gülşən Paşayevanın seçicilərlə məhəlli görüşü - FOTO
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 21-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçicilərlə məhəlli görüşü keçirilib.
Görüş Qala qəsəbəsi və Xaşa-xuna bağ massivi əraizisində keçirilmişdir. Sakinlər ərazifə mövcud olan problemləri və bir sıra ehtiyacları haqqında danışmışlar.
Daha sonra namizəd seçiciləri öz platforması ilə tanış edib və onları narahat edən məsələlər haqqında fikir mübadiləsi aparıb.