Medianın İnkişafı Agentliyi Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyevin vəfatı ilə bağlı başsağlığı verib.
"Gununxeberi.az " xəbər verir ki, bu barədə agentlik paylaşım edib:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə o qeyd edib.
Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
***
16:12
Əməkdar jurnalist Nair Əliyev vəfat edib.
Gununxeberi.az " xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, N.Əliyev uzun müddət “Exo” qəzetinin baş redaktor müavini, daha sonra bir sıra aparıcı KİV-də çalışıb.