88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərova təbliğat-təşviqat görüşləri davam edir

Image

Avqustun 20-də 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərova təbliğat-təşviqat kampaniyası çərçivəsində “İnternat  Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə icra olunan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində 2022-ci ildə Şamaxıda fəaliyyətə başlamış  sosial müəssisədə çalışan qadınlarla görüşüb.
Qeyd edək ki, bu müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azəriqaz İB, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA  (KOBİA), Şamaxı Rayon İcra Hakimiyyəti   və Bank Respublika ASC-nin dəstəyi,  "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə icra olunan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində açılıb. 
Sosial müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır.  
Layihə çərçivəsində ilk olaraq uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə aparılıb. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində Bank Respublika tərəfindən dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib. 
Layihə hazırda 18 nəfər qadını əhatə edir. Bundan başqa 30 nəfər ailə başçısını itirmiş tənha qadınlar da təlimlərə və psixoloji seanslara cəlb olunub. Onlar artıq, sosiallaşıb. Hazırda həmin qadınların da, əmək fəaliyyətinə cəlb olunması prosesi gedir. Əlbəttə, belə bir layihə tənha qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi, onların məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 
Görüşdə Tamam Cəfərova qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir. 
O qeyd edib ki, yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. O qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış proqramının icrası uğurla davam etdirilir. 
Həmçinin, Tamam Cəfərova qeyd edib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilmiş, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur. 
Tamam Cəfərova xüsusilə vurğulayıb ki,  "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" deyən Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə imkan yaradıb.
Tamam Cəfərova qeyd edib ki,  əbədi-əzəli torpaqlarımızı düşmən tapdağından azad edən qəhrəman övladlarımızı böyüdüb-tərbiyə edən Azərbaycan qadınlarıdır. Məhz buna görə də tarixi qələbinin əldə olunmasında qadınlarımızın misilsiz rolu danılmazdır və cəmiyyətin hər bir üzvü fədakar Azərbaycan qadınlarına belə qəhrəman övladlar böyütdüklərinə görə minnətdardır.
Daha sonra Tamam Cəfərova ötən dövrdəki fəaliyyəti və seçki platforması haqqında seçicilərə məlumat verib. Onların qaldırdığı məsələlər ətrafında birgə müzakirə aparılıb. 
Sonda Tamam Cəfərova sosial müəssisədə çalışan qadınlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara göstərdikləri xoş, səmimi münasibətə görə minnətdarlığını bildirib.

Gununxeberi.az 









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30