Göydəniz Qəhrəmanov :17 saylı Yasamal rayonu 3-cü seçki dairəsi üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşümüz keçirildi
17 saylı Yasamal rayonu 3-cü seçki dairəsi üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşümüz keçirildi.
Çıxışım zamanı sakinləri platformamın vacib istiqamətləri, hədəf və məqsədləri ilə bağlı məlumatlandırdım. Millət vəkili seçiləcəyim təqdirdə səlahiyyətlərim çərçivəsində sakinlərin maraqlarına diqqətlə yanaşacağımı bildirdim. Seçicilərimin müxtəlif mövzularda mənə ünvanladıqları sualları cavablandırdım, təkliflərini dinlədim.
Görüşdə iştirak edən Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev sakinləri qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə çağırdı və uğurlar arzuladı.
Gıununxeberı.az