Sabah 37 dərəcə isti olacaq
Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Gununxeberi.az xəbər verir ki, aksiyaçıları Belarus Prezidentinin Aleksandr Lukaşenkonun ermənilər haqqında dediyi sözlərə etiraz ediblər.
Aksiya iştirakçıları səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.
Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.