Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi munasibətilə virtual sərgi hazırlanıb.
Gənclər Kitabxanasında Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi munasibətilə virtual sərgi hazırlanıb.
Bu gün yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin 60 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müəllifin həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Rəşad Məcidin həyat və yaradıcılığı haqqında məlumat, müəllifi olduğu kitablar, məqalələr, müsahibələr təqdim edilir. Virtual sərgidə Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məcidin Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında məlumatlar öz əksini tapıb. Rəşad Məcidin bədii, ictimai, publisistik fəaliyyətdindən bəhs edən “Bütün yönləri ilə yaradıcı insan – Rəşad Məcid” adlı virtual sərgidə yazıçının “Roman”, “10 sentyabr”, “Səbəbi sənsən”, “Qələmsiz yazılanlar”, “Çiyələk qadın”, “Dəlicəsinə” və digər kitablarının qısa annotasiyası, dövrü mətbuatda dərc edilən məqalələri təqdim edilir.
Bununla yanaşı kitabxananın sosial şəbəkələrinə Rəşad Məcidin müəllifi olduğu və onun haqqında qələmə alınan kitablardan ibarət paylaşımlar da edilib.
Hazırlanmış material kitabxananın rəsmi https://ryl.az/multimedia/resad-mecid yerləşdirilib.
Gununxeberı.az