Rusiya Azərbaycan münasibətli yüksələn xətlə inkişaf edir

Image


 


 

İki il əvvəl Ukraynaya qarşı müharibəyə başladıqdan sonra, Rusiya Prezidenti Vladimir Putin ilk dəfədir ki, Azərbaycana səfər etdi. Bu səfər ölkəsində müharibə getdiyi bir vaxta təsadüf edirdi. O, Azərbaycanla müttəfiqlik razılaşmasını ordusu Ukrayna torpaqlarına girdiyi günlərdə imzalayıb. Azərbaycan Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Putinə də heç zaman arxa çevirməyib. Bu dövlət səfəri həm də Rusiya lideri üçün bir fürsət idi ki, yanında olanların az olmadığını dünyaya nümayiş etdirsin. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün "xüsusi xarakter daşıdığını" vurğulayıb.

Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədinin "demarkasiyasına kömək” təklif edib. İki ölkə lideri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb. Putin bildirib ki, əgər onlar Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə nail olsalar, "buna çox şad" olarlar.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyırdı. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edərək bildirib ki, Rusiya Federasiyasının Prezidentinin Azərbaycanda dövlət səfəri xüsusi xarakter daşıyır. Bu dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olduğunu, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini bildirib.

Dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə edən dövlət başçıları humanitar əməkdaşlıq, təhsil, mədəniyyət, energetika, regional təhlükəsiz və digər sahələrin inkişafı istiqamətində mühüm qərarlar qəbul ediblər. Görüş zamanı, həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi də aparılmışdır. 

Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürünü bildirən ölkə başçısı qeyd etmişdir ki, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

Rusiya Prezidenti öz növbəsində, Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür edərək ,qonaqpərvər Azərbaycan torpağında olmaq, inkişaf edən Bakının mənzərələrini seyr etmək onun üçün çox xoş olduğunu bildirdi. Həmçinin, Rusiyanın Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini, bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil etdiyini çıxışında qeyd etdi. 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Quliyeva Aidə

Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi 







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30