Vladimir Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir

Image

Vladimir Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir

Dünyanın bir çox nöqtəsində hərbi-siyasi gərginliyin pik həddə çatdığı, bir çox bölgələrdə lokal

müharibələrin hər an qlobal münaqişəyə çevrilmək ehtimalının yüksək olduğu bir zamanda Rusiya

Prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Rusiya-Ukrayna

və İsrail-Fələstin müharibələri, İsrail-İran və Türkiyə-İsrail münasibətləri, Azərbaycan-Ermənistan və

Türkiyə-Ermənistan dialoqu, Rusiya-Ermənistan və Rusiya-ABŞ-Qərbi Avropa arasında yaşanan

gərginliklər birbaşa, ya da dolayı yolla Azərbaycanın da tərkib hissəsi olduğu Qafqaz regionu ilə

bağlıdır. Bütün bunların içindən salamat, ən pis halda isə minimum maddi və mənəvi itki ilə çıxmaq

əlbəttə ki, böyük səriştə və siyasi bacarıq tələb edir. Son illərin çılğın siyasi prosesləri və dünya

düzəninin az qala yenidən cızılması fonunda Azərbaycanın özünün şəksiz lideri İlham

Əliyevin timsalında bunun öhdəsindən bacarıqla gəldiyini əminliklə demək mümkündü.

Davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət, dost ölkələrin coğrafiyasının

genişlənməsi və digər amillər ölkəmizi təkcə regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə

çevirib. Belə bir dövlətlə yüksəksəviyyəli münasibətlər qurmaq, bu münasibətləri qoruyub saxlamaq

və daha da inkişaf etdirmək şübhəsiz ki, hər bir ölkənin mənafeyinə uyğundur. Onlardan biri də

Rusiyadır. Bu gün Şimal qonşumuz Ukrayna ilə müharibə səbəbindən ABŞ və Qərb tərəfindən

sanksiyalara məruz qalıb. Əsrlər boyu yedirib-içirdiyi, bəsləyib qoynuna basdığı Ermənistan da bu

gün Rusiyadan üz döndərib. Lakin Azərbaycan bu məqamda da özünəxas, balanslaşdırılmış siyasət

yürüdür. Ölkəmiz Ukrayna ilə dostluq münasibətlərini qoruyub saxlayır, onun ərazi bütövlüyünü

dəstəkləyir, humanitar yardımlar göstərir, lakin Rusiya ilə də qarşılıqlı faydalı əməkdaşlığı davam

etdirir. Çünki bu ölkə ilə çoxəsrlik siyasi, iqtisadi və mədəni əlaqələrimiz mövcuddur. Uzağa

getməyək, təkcə 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bu ilin ilk altı

ayında isə 7,1 faiz artaraq iki milyard dollar təşkil edib.

Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkənin, xüsusilə də

sanksiyalara məruz qalmış Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Rusiyadan fərqli olaraq,

Azərbaycanın həm Avropa, həm Asiya, həm də dünyanın digər regionları və ölkələri ilə yaxşı

əlaqələri var:"Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda iştirak edir,

həm də ATƏT, NATO, Avropa İttifaqı və Qərbin digər qurumları ilə münasibətləri kəmiyyət və

keyfiyyət baxımından durmadan genişləndirir. Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının

alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla

əməkdaşlıq cəhdlərini artırmağa çalışır, Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri

vasitəsilə nəqlini nəzərdən keçirir. Azərbaycan bütün dövlətlərlə, o cümlədən Rusiya ilə

münasibətlərini qarşılıqlı fayda və hörmət prinsipləri əsasında qurmaqda maraqlıdır. Bakıda iki ölkə

arasında mübadilə olunan sənədlər və qəbul edilən birgə bəyannamə də fikirlərimizi təsdiqləyir.

İqtisadiyyat, humanitar, elm, təhsil və mədəniyyət əlaqələrinin inkişafından tutmuş, siyasi,

regional və qlobal səviyyədə əməkdaşlıq, milli təhlükəsizlik, ölkələrin bir-birinin suverenliyinə və ərazi

bütövlüyünə hörmət, terrorçuluqla mübarizə, hərbi-texniki əməkdaşlıq kimi müddəaların da əksini

tapdığı bəyannamə fikrimizcə, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı, bir

yol xəritəsi deməkdir.Bütün bunlar, heç şübhəsiz, Vladimir Putinin Azərbaycan səfərinin yalnız

görünən tərəfləridir. Əlbəttə ki, liderlər məhdud tərkibdə görüşdə hər iki ölkəni maraqlandıran bir çox

regional və qlobal problemləri müzakirə ediblər. Hesab edirik ki, yaxın gələcəkdə bu müzakirələrin və

məsləhətləşmələrin müsbət nəticəsi olacaq.“Rusiya və Azərbaycan Bakıda birgə universitetin

yaradılması üzərində işləyir”- bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin

Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. “Hazırda Bakıda Rusiya-

Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı


dəstəklədi. Ümid edirik ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik”, - deyə Putin

qeyd edib.

Rusiya-Azərbaycan Universitetinin yaradılması təhsilimizə bir çox töhfələr verəcək. Ölkədə yeni

universitetlərin açılması sevindirici haldır. Azərbaycan ali təhsil seqmentindəki ali məktəblərin

kəmiyyət göstəricisi yüksələr. Bizdə həm universitetlərin, həm də tələbələrin sayı digər ölkələrdən çox

geridə qalır. Əhalisi bizdən az, ərazisi bizdən kiçik elə ölkələr var ki, onlardakı universitet sayı bizdən

bir xeyli çoxdur. Odur ki, istər Azərbaycan-Rusiya Universiteti, istərsə də bundan sonra yaranacaq

hər hansı ali təhsil müəssisələrinin varlığına sadəcə sevinmək lazımdır. Çünki bizim həqiqətən də

daha çox ali təhsil müəssisələrinə ciddi ehtiyacımız var. Bu, reallıqdır. Konkret profilli universitetlərin

açılması təhsilimiz üçün faydalı bir addımdır: “İkinci ehtiyac meyarı isə profilli universitetlərimizin

azlığıdır. Bakı Mühəndislik Universiteti, UNEC, Azərbaycan Tibb Universiteti və.s.buna misal

göstərsək də müəyyən profillər üzrə ixtisaslaşmış ali məktəblərimiz azdır. Nə yaxşı ki, Türkiyə-

Azərbaycan Universiteti məhz bu məntiq üzərində formalaşdırıldı. Orada daha çox mühəndislik, İT

və tibb istiqamətdə tədris və tədqiqat həyata keçiriləcək. Azərbaycan-Rusiya Universitetinin də

ümümi deyil, konkret profilli olması ali təhsilimiz adına faydalı iş ola bilər.

Şükufə Əhmədova,

Xəzər rayonu, 125 nömrəli məktəbin müəllimi








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30