Regional təhlükəsizlik

Image

Regional təhlükəsizlik


Cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi dövlət səfəri xüsusi xarakter daşıyır. Azərbaycan Respublikasının prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda da qeyd etdiyi kimi dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, habelə dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Həmçinin bu cür yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur. Davamlı münasibətlərin əsasını təşkil edən bu səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. 

Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Humanitar əməkdaşlıq sahəsinə də həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. 

Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan istiqamətlərdən biri də nəqliyyat dəhlizləridir. Regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artım dinamikası da müşahidə olunur. 

Perspektiv əməkdaşlıq istiqamətlərindən biri energetika sahəsidir. Energetika sahəsində həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində fəal işlər aparılır. Ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur. Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında keçirilən rəsmi görüşdə dövlətlərarası münasibətlərin mümkün istqamətlərinin hər birinə dair sənədlər imzalandı. “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” bu sənədlərdəndir. İmzalanan sənədlərin istiqamətlərinin çoxşaxəli olması iki dövlət arasındakı münasibətlərin dərinliyinin göstəricisidir. Azərbaycan etibarlı tərəfdaş kimi həmişə üzərinə götürdüyü öhdəliyə sadiq qaldığı üçün Rusiya ilə imzalanan sənədlərin məzmunu da geniş fəaliyyət sahələrini əhatə etməkdədir. 

Cənubi Qafqaz regionun iki güc dövlətinin bu cür hərtərəfli əməkdaşlığı, təbii ki, öz növbəsində regionun da təhlükəsizliyini təminat altına alır, Ermənistan və onun xarici himayədarlarının regional sabitliyi pozmaq cəhdlərinin qarşısını kəsmiş olur. Dünya dövlətlərinin əksəriyyətinin Rusiya-Ukrayna müharibəsinin səbəbkarı olaraq gördüyü Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdiyi bir vaxtda Rusiya-Azərbaycan münasibətlərinin qorunub saxlanması Rusiya üçün böyük əhəmiyyət daşıyır. Təbii ki, bu, Azərbaycan Respublikasının Rusiyanın müharibə qərarını dəstəkləməsi anlamına gəlməməlidir. Dövri qədimdən Rusiya və Azərbaycan torpaqlarında yaşayan əhali arasında ticari münasibətlər olmuş, Rusiya tacirləri Azərbaycan, Azərbaycan tacirləri isə Rusiya bazarında özünə yer eləmişdir. Bu qarşılıqlı əlaqələr zaman keçdikcə hər iki tərəfi iqtisadi baxımdan bir-birindən asılı vəziyyətə salmışdı. Ona görə hər hansı bir səbəbə dayanaraq bu cür münasibətləri kəsmək hər iki dövlətin iqtisadi sistemində böyük böhrana səbəb ola bilər. Bunu başa düşən hər iki dövlət başçısı qarşılıqlı olaraq tez-tez bu cür əhəmiyyətli rəsmi səfərlər təşkil edərək dövlətlərarası münasibətləri daha da möhkəmləndirəcək, inkişaf etdirəcək mühüm sənədlər imzalayıb öz təminat möhürünü basırlar.Təbii ki, Azərbaycanı da Ermənistan kimi öz köləsinə çevirib oyuncaq kimi istədiyini elətdirmək arzusunda olan bəzi xarici qüvvələr bu münasibətlərə mane olmağa çalışırlar. Çünki Azərbaycanın müstəqil duruşu onları qorxudur. “Parçala və hökm sür” siyasəti yeridən bu dövlətlər Rusiyanı parçalayaraq onu məhv etmək istəyir, tarix səhnəsindən silməyi hədəfləyirlər. Ona görə də dünyanən ən böyük dövləti olan Rusiyanın ilk növbədə qonşuları ilə münasibətlərini pozmağa, onu bir çox cəbhədə müharibəyə sövq etməklə zəiflədib yox etmək istəyirlər. 

Bəzi mənfur düşmənlər Azərbaycanla Rusiya arasında ermənilər vasitəsilə süni gərginlik yaradıb münasibətləri müharibə həddinə çatdırıb əslində Azərbaycanı da qarşıların diz çökdürmək niyyəti güdürlər. Lakin onların məqsədlərini açıq kitab kimi oxuyan Azərbaycan və Rusiya gözlənilənin əksinə olaraq bu münasibətləri daha irəli səviyyələrə daşıyırlar. Təbii ki, Rusiyanın da Azərbyacana qarşı ərazi iddiaları olmuş, əsrlərlə Azərbaycanı öz hakimiyyəti altında saxlamışdır. Lakin indi bizi müstəqil dövlət kimi qəbul edən Rusiya Azərbaycana təmamilə başqa pəncərədən baxır. Keçmişdə ilişib qalanın gələcəyi olmaz devizi ilə çıxış edən Azərbaycan Rusiyanın dost əlini tutub, düşmənçiliyi geridə qoyan Rusiya ilə dostluq münasibətlərini 30 ildir ki, uğurla davam etdirir və etdiriləcək də.


Məmmədova Natiqə,

Xəzər rayonu, 241 saylı tam orta məktəbin müəllimi 









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30