Sənan Hüseynov: Rusiya ilə qurulan əməkdaşlıq bir daha Azərbaycanın Asiya məkanındakı güclü nüfuzundan xəbər verir

Image


Bəli, hazırkı dövrdə, demək olar ki, dünyanın böyük əksəriyyəti Rusiyaya qarşıdır. Elə təsəvvür formalaşıb ki, beynəlxalq aləm nəhəng ölkəni parçalamağa hazırdır. Xüsusən, Rusiya–Ukrayna müharibəsi fonunda yaşananlar belə düşünməyə əsas verir. Mövcud situasiyada bəziləri V.Putinin Azərbaycana səfərini ölkəmizə ziyan vuracaq tendensiya kimi dəyərləndirirlər. 

Ancaq bir məqamı unutmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyev belə düşüncə sahiblərindən qat-qat irəlidə olduğunu, hadisə və proseslərə münasibətdə rasional mövqe tutduğunu, düzgün qərarlar verdiyini həmişə sübuta yetirib. Deməli, Rusiyanın dövlət başçısının ölkəmizə gəlişinə münasibət heç də tam mənada dünyanın mürəkkəb siyasi təbəddülatlarına nəzərən qurulmamalıdır. Yəni ki, haqqında söz açdığımız gözlənilməzlik yox, Bakı və Moskva arasındakı əlaqələrin güclənən dinamikası əsas götürülməlidir. Həm də o nəzərə alınmalıdır ki, Azərbaycan öz siyasətini heç də dünyanın ümumi axarına, diktə edilən şərtlərə uyğun qurmur. Ölkəmizin müstəqil dəst-xəttini xarakterizə edən başlıca cəhət elə budur. Rəsmi Bakı regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş konseptual baxışına sadiqdir. Mövcud kontekstdəki ən başlıca məqam qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafıdır. Bu trayektoriyada Rusiyanı Azərbaycan üçün böyük bazar kimi qəbul etmək zərurəti də var, ölkənin əsrlərdir Cənubi Qafqaza bağlılığı prioriteti üzərində dayanmaq da. 

Deməli, diqqətə çatdıracağımız rəqəmlər heç kəsi təəccübləndirməməlidir. Azərbaycan – Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Bu, yaxın dostluq münasibətlərindən, dövlətlərarası dialoqun yüksək səviyyəsindən qaynaqlanır. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572,8 milyon dollar təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar artıb. Həmçinin, hesabat dövründə Rusiyadan Azərbaycana ixrac 10,6 faiz artaraq 1 milyard 916,7 milyon dollara bərabər olub. Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar – iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Həmçinin, Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar ixrac edilib. Bundan başqa, 2024-cü ilin yanvariyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin 9,57 faizinə bərabər olub. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından onu da deyə bilərik ki, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib. Bu mənada 2024-cü ildən daha yüksək nəticə gözlənilir. Sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artması proqnozlaşdırılır.

Xülasə, reallıq bundan ibarətdir ki, Rusiya hal-hazırda Asiya xalqlarının inkişaf və rifah siyasətinin fundamental inkişaf yoluna dəstək olan böyük bir dövlətdir. Və bu dövlətin rəhbəri olan Vladimir Putinin Azərbaycana etdiyi rəsmi səfər bir daha ölkəmizin etnosiyasi nüfuzundan xəbər verir. Bu nüfuzun müəllifi isə heç şəksiz ki, cənab İlham Əliyevdir. 

Sənan Hüseynov – Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU III kurs tələbəsi







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30