İkitərəfli əlaqələrin yeni səviyyəsi

Image

İkitərəfli əlaqələrin yeni səviyyəsi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü ilin 18-19 avqust tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli addım kimi tarixə həkk olunmuşdur. Səfər çərçivəsində Rusiya və Azərbaycan prezidentləri arasında bir sıra mühüm görüşlər keçirilmiş, bu görüşlərdə regional təhlükəsizlik, enerji resursları, ticarət əlaqələri və humanitar əməkdaşlıq mövzularında müzakirələr aparılmışdır.

Ümumilikdə, tarixə nəzər saldıqda Rusiya ilə Azərbaycan arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. İki ölkə arasında strateji tərəfdaşlıq isə 1991-ci ildə Azərbaycanın müstəqillik qazanmasından sonra yeni bir mərhələyə keçid etmişdir. Rusiya, Azərbaycanı tanıyan ilk ölkələrdən biri olmuş və o vaxtdan bəri iki ölkə arasında müxtəlif sahələrdə möhkəm əlaqələr formalaşmışdır. 2001-ci ildə imzalanan "Dostluq və əməkdaşlıq haqqında müqavilə", ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirmiş, iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmişdir. Bununla yanaşı, 2022-ci ilin fevral ayında Moskva şəhərində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanmışdır ki, bu mötəbər sənəd ikitərəfli əlaqələri keyfiyyətcə yeni və daha yüksək mərtəbəyə qaldırmışdır. Bu bəyanat, iki ölkənin qarşılıqlı əlaqələrinin hərtərəfli inkişafına töhfə verməklə yanaşı, Qafqaz regionunda sabitliyin təmin olunması və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün də mühüm rol oynamaqdadır. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Bəli, ölkə başçımızın da qeyd etdiyi kimi, iki ölkə arasındakı əlaqələr ən yüksək ali dəyərlərə əsaslanmaqdadır. 18-19 avqust tarixli səfər də bunun bariz göstəricisidir. Səfər çərçivəsində Vladimir Putin Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin xatirəsi anılaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Bütün bunlar, Rusiya ilə Azərbaycan arasında tarixi və dostluq əlaqələrinə verilən böyük önəmin göstəricisi və Rusiya dövlətinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstəyinin təzahürüdür.

Səfər çərçivəsində liderlər məhdud və geniş tərkibdə görüşlər keçirmiş, mətbuata bəyanatlarla çıxış etmişdir. Bu bəyanatlarda ikitərəfli əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikirlər səsləndirilmişdir. Dövlət başçımız çıxışı zamanı vurğulamışdır ki, bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Əlavə olaraq, çıxış zamanı, iqtisadi-ticari münasibətlər, humanitar əməkdaşlıq, regional təhlükəsizlik və regional nəqliyyat dəhlizləri, Xəzərdə ekoloji vəziyyət və digər mövzularla bağlı fikirlər səsləndirilmişdir.

Daha sonra çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. O da vurğulandı ki, Rusiya tərəfi səfərin yekunlarından tamamilə məmnundur və bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəkdir.

Son olaraq qeyd etmək istərdim ki, məhsuldar keçən səfər çərçivəsində Azərbaycan və Rusiya arasında bir sıra yeni sazişlər imzalanıb. Bu sənədlər, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədini güdür və bu sazişlər Azərbaycanın və Rusiyanın bir-birinə olan strateji bağlılığını daha da gücləndirir.




Samir Hüseynov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30