"Qarabağ" ağır məğlubiyyətə uğradı - YENİLƏNİB
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında oyun başa çatıb.
Gununxeberı..az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.
Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
**
00:50
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə üçüncü qol vurulub.
Gununxeberı.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 80-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç dubl edib.
Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.
***
00:50
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci qol vurulub.
Gununxeberı.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 75-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç fərqlənib.
***
00:07
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci hissə başlayıb.
Gununxeberı.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.
***
23:54
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ilk hissə başa çatıb.
Gununxeberıaz xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmada fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün yollanıb.
***
23:36
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə hesab açılıb.
Gununxeerı.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 29-cu dəqiqəsində rəqibin heyətində Marko Pyasa komandasını önə keçirib.
***
23:01
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında matçıə start götürüb.
Gununxeberı.az xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir.
Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
***
22:27
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandalarının start heyətləri açıqlanıb.
Gununxeberı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Dinamo": İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyer-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin
Baş məşqçi: Sergey Yakiroviç
"Qarabağ": Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.