Ceyhun Məmmədov Qobustanda məskunlaşan seçicilərlə görüşdü
Cehun Məmmədov : Bu gün 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Qobustanda məskunlaşan seçicilərimiz ilə növbəti görüşümüzü keçirdik.
Seçicilərimizə ölkəmizdə tarixən formalaşmış seçki mədəniyyətindən, qarşıdakı seçkilərin yerli və regional əhəmiyyətindən, cənab prezidentin idarəetmə konsepsiyasının müasir elementlərindən, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından, Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin, Ulu Öndərin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsindən, ölkəmizdə tarixən formalaşmış seçki mədəniyyətinin mərhələlərindən danışdıq. Onları səsvermə günü fəal olmağa çağırdıq.
Yüksək fəallıqla keçən görüşümüzün sonunda vətəndaşlarımızın fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi apardıq.
Gununxeberi.az