Xaricdən nə qədər ərzaq alırıq?
Bu ilin 7 ayında xaricdən Azərbaycana 1 milyard 342 milyon dollarlıq yeyinti məhsulları gətirilib.
Gununxeberi.az xəbər verir ki, idxal olunan yeyinti məhsullarının ümumi statistik dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 111 milyon dollar çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən müddətdə xaricdən Azərbaycana 460 min ton buğda, 234 min ton meyvə və tərəvəz, 100 min ton bitki və heyvan mənşəli piydən hazırlanmış yağlar, 64 min ton qarğıdalı, 44 min ton düyü, 31 min ton ət, 7,9 min ton süd məhsulları, 16 min ton kərə yağı, 8,3 min ton çay idxal olunub.
Ərzaq məhsullarının idxalda xüsusi çəkisi 12,4 faiz təşkil edir.