Avqustun 19-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.
"Gunuxeberi.az " xəbər verir ki, ziyafətdə Azərbaycanın və Rusiyanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
XXX
17:24
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilir.
"Gununxeberi.az " xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.