Azər Əmiraslanovun seçicilərlə görüşləri davam edir-Fotolar
Üç kəndin sakini deputatlığa namizədin platmaforması ilə tanış oldu.
Gununxeberı.az məlumat verir ki, 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov təbliğat və təşqivat kampaniyası çərçivəsində Xətai, Yeni gün və Qaçaq Kərəm kənd sakinləri ilə görüşdü. Öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Deputatın fəaliyyətini əks etdirən tərcümeyi halı səsləndirildikdən sonra, namizəd Azər Əmiraslanov və vəkillərinin çıxışları dinləlindi. Sakinlərin təhsil, yol və digər sosial və aqrar sahədəki müraciətləri isə aidiyyatı üzrə qeydə alındı.