Cavanşir Paşazadə: “Xalqmız öz Prezidentinə inanır”

Image








Müsahibimiz 76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavanşir Paşazadə

 – Cavanşir müəllimseçkilər hər bir ölkənin demokratik inkişafında əhəmiyyətli rola malik olmaqla yanaşı, eyni zamandasiyasi qüvvələrin malik olduğu imkanların təqdimatıdır. Ölkəmizdə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin önəmi və mövcud ictimaisiyasi reallıqlar barədə nə deyə bilərsiniz?


– 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbə növbəti zəfərlərə yol açdı. Azərbaycan bu şanlı Qələbəsi ilə sübut etdi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasət davamlı uğurları şərtləndirir. Bu Zəfər Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Yeni Nizamnamənin qəbulu, müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın işlənib hazırlanması və təsdiqlənməsi, struktur dəyişiklikləri kimi mühüm addımlar partiyanın tarixində yeni səhifənin əsası oldu. Yeni Proqramın əsas şüarı «Biz birlikdə güclüyük!» oldu. Müqayisəli təhlil aparsaq, Yeni Azərbaycan Partiyasının ilk Proqramında əsas çağırış «Yeni müstəqil Azərbaycan uğrunda!» idi. Həmin sənəddə əksini tapan vəzifələr, hədəflər ötən dövrdə uğurla icra edildi.

Bu zamana qədər partiyanın hər bir seçki prosesində platformasına diqqət yetirdikdə uğurlarımızın təqdimatı əsasında  açıqlanan hədəflər sırasında torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının əsas yer tutduğunu görmək olar. Artıq 4 ilə yaxındır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azad edilmiş ərazilər cənnət məkana çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Yeni Azərbaycan Partiyasının yeni Proqramında, həmçinin “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə təqdim edilmiş seçki platformasında da bütün bu uğurlar və hədəflər öz əksini tapıb. Yeni Azərbaycanın bütün hədəfləri xalqımızın parlaq gələcəyi üçündür.


Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr – növbədənkənar parlament seçkilərinə  böyük qələbə əzmi ilə qatılıb. Qeyd etdiyimiz kimi, bu əminliyə əsas verən amillər mövcuddur. Partiyanın 32 ilə yaxın keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Partiyanın hər bir təşəbbüsü, qərarı Azərbaycanın bu günü və gələcəyi üçündür. Əbəs yerə Ümummilli Lider Heydər Əliyev bu partiyanı dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası kimi dəyərləndirməyib. Müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə 1992-ci il 21 noyabr tarixində təsis konfrasını keçirən partiyanın sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi, sözsüz ki, adi bir statistik göstərici deyil. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətə inamın təsdiqidir.

Partiyanın 2021-ci ildə keçirilən VII qurultayında  Prezident İlham Əliyev 30 ilə yaxın dövrün reallıqlarına əsaslanaraq belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Bu, cənab İlham Əliyevin partiyanın fəaliyyətinə verdiyi  yüksək dəyər, eyni zamanda, qarşıya qoyulan böyük  məsuliyyətdir.

YAP-ın 1 sentyabr – parlament seçkilərində qələbə qazanacağı şübhəsizdir. Populizmdən uzaq, sözü ilə əməli bir olan  YAP-a inam və etimad gündən-günə artır.

  – Yeni Azərbaycan Partiyasının seçki platformasında əksini tapan mühüm istiqamətlərdən biri də ölkəmizin demokratik inkişafıdır. Bu kontekstdə görülən işlər – əldə edilən uğurlar və qarşıda duran hədəflərlə əlaqədar nə söyləmək olar?

– Cənab İlham Əliyev çıxışlarında hər zaman bu məqamı vurğulayıb ki, demokratik inkişaf istiqamətində atılan addımlar hansısa beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Dünyada ikili stantartlara əsaslanan siyasət özünü qabarıq şəkildə büruzə versə də, ölkəmizdə demokratik təsisatların inkişafına yönələn addımlar beynəlxalq səviyyədə də təqdir edilir.

Azərbaycanda insan hüquqlarının qorunması prioritet məsələlərdəndir. Məlumdur ki, ötən illər ərzində Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə ümumxalq səsverməsi – referendum keçirilib. Bu dəyişikliklərin böyük bir qismi insan hüquqlarının qorunmasına yönəlib. Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə və dəyişikliklər də insan amilinin dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Belə ki, həmin əlavə və dəyişikliyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, yüksək rifah şəraitinin təmin edilməsidir. Bu məqamı da qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə 18 iyun  – İnsan Hüquqları Günü kimi təsis edilib.

Azərbaycanda azad mətuatın inkişafına göstərilən diqqəti də xüsusi qeyd etmək lazımdır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Azad mətbuatın inkişafına xidmət edən mühüm addımlardan biri kimi yeni “Media haqqında” Qanunun qəbulunu qeyd edə bilərik.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu da demokratik inkişafa önəmli töhfədir. Ötən müddətdə siyasi partiyalar arasında sağlam dialoq mühiti yaradılıb. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da bu kontekstdə mühüm önəm kəsb edir. Dövlət başçısı İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında bu çağırışı etmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.

Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Heç şübhəsiz, siyasi sistemin inkişafı üçün bundan sonra da bütün lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha möhkəm əsaslar üzərində qurulacaqdır.

Bir sözlə, görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür.

– Cavanşir müəllim, seçicilərlə görüşlərinizdən təəssüratlarınız necədir?

– Seçicilərlə görüşlər, ilk növbədə, hesabat xarakteri daşıyır. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının bu illər ərzində əldə etdiyi uğurlara nəzər salır, qarşıda duran hədəfləri diqqətə çatdırırıq. İctimaiyyəti maraqlandıran məsələlərə xüsusi diqqət yetirilir.

Səmimi ruhda keçirilən görüşlərdən yaranan qənaət budur ki, xalq öz Prezidentinə inanır, Yeni Azərbaycan Partiyasına dəstəyini ifadə edir və birlik, həmrəylik şəraitində yeni hədəflərə doğru inamlı addımlar atmaqda maraqlıdır.

Qarşıda duran hədəflərin reallığa çevrilməsi, təbii ki, seçicilərin  yüksək fəallıq nümayiş etdirərək layiqli namizədlərə səs vermələrindən asılıdır. Seçicilərə çağırışım budur ki, birliyimizi, həmrəyliyimizi növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəyimizlə nümayiş etdirək!








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30